Adele - Set Fire to the Rain (Aserbaidschanisch Übersetzung)

Aserbaidschanisch Übersetzung

Alova Verdim Yağışı

Ürəyimin düşməyinə icazə verdim
Və o düşəndə sən durub onu aldın
Qaranlıq idi və mən bitmişdim
Sən məni dodaqlarımdan öpüp, xilas edənə qədər
 
Əllərim, onlar güclüdür
Amma dizlərim çox zəif
Ayaqlarına düşmədən
Sənin qollarında dura bilməyəcək qədər
 
Amma sənin bir tərəfin var
Heç bilmədiyim, bilmədiyim
Dediyin bütün şeylər
Heç vaxt doğru deyil, doğru deyil
Və oynadığın oyunlarda
Həmişə sən qazandın, sən qazandın
 
Amma mən alova verdim yağışı
Yağmağına baxdım, üzünə toxunarkən
O yandı mən ağlarkən
Çünki, sənin adını qışqırdığını eşitdim, sənin adını
 
Yanına uzandığımda
Orada qala bilərdim
Gözlərimi qapayıb
Sonsuza qədər orada olduğunu hiss edərdim
Sən və mən birlikdə
Bundan yaxşısı ola bilməz
 
Çünki bir tərəfin var sənin
Heç bilmədiyim, bilmədiyim
Dediyin bütün şeylər
Heç vaxt doğru deyil, doğru deyil
Və oynadığın oyunlarda
Həmişə sən qazandın, sən qazandın
 
Amma mən alova verdim yağışı
Yağmağına baxdım, üzünə toxunarkən
O yandı mən ağlarkən
Çünki, sənin adını qışqırdığını eşitdim, sənin adını
 
Mən alova verdim yağışı
Və bizi də atdım alovlara
Bir şeylərin öldüyünü hiss etdim
Çünki, bilirdim ki, bu sondu, bu sondu
 
Bəzən qapının yanında oyanıram
Oğurladığın bu ürək, səni gözləməli
İndi ayrılmış olsaq belə
Özümü səni axtarmaqdan vaz keçirə bilmirəm
 
Amma mən alova verdim yağışı
Yağmağına baxdım, üzünə toxunarkən
O yandı mən ağlarkən
Çünki, sənin adını qışqırdığını eşitdim, sənin adını
 
Mən alova verdim yağışı
Və bizi də atdım alovlara
Bir şeylərin öldüyünü hiss etdim
Çünki, bilirdim ki, bu sondu
Bu sondu, oh, oh
 
Qoy yansın
 
Von Leyla Aslanalp am So, 01/05/2016 - 11:19 eingetragen
Zuletzt von Leyla Aslanalp am Di, 13/06/2017 - 15:04 bearbeitet
Englisch

Set Fire to the Rain

See also
Kommentare