Please translate Neylerem

Αζέρικα

Neylərəm

Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Tacu təxti, mülki malu, xanimani neylərəm?

İstərəm vəsli cəmalın ta qılam dərdə dəva,
Mən sənin bimarinam özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin kim, yar ile xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

Λοιπές μεταφράσεις του "Neylərəm"
Σχόλια