Avicii - Addicted to You (Azerbaijani translation)

Azerbaijani translation

Sənə Bağlıyam

Bunun necə olduğunu bilmirəm
Müdafiəmi aşağı endirdim
Bir daha əsla aşiq olmayacağıma and içdim amma çox pis aşiq oldum
Deyəsən bunun gəldiyini görməliydim
Məni sürpriz bir şəkildə tutdu
Haraya getdiyimə baxmırdım
Gözlərinə düşdüm
 
Mənim çılğın dünyama gəldin
Sərin və təmizləyici bir lütf kimi
Məni nəyin vurduğunu bilmədən əvvəl əzizim
Sən damarlarımda axırdın
 
Sənə bağlıyam
Sevginə bağlandım
Güclü bir narkotik kimi
Doya bilmirəm
Gözlərində itdim
Mavidə boğuluram
İdarə edə bilmirəm
Nə edə bilərəm ki?
Sənə bağlıyam
 
Gecə pəncərədən içəri girərkən
Otağın ətrafındaki rəqslər
Məni hipnoz etdi
Ətir ilə sərxoş oluram
İndi sənsiz yaşaya bilmərəm
Oh, bilirəm dəli olacaqdım
Bir gecəni daha yalnız keçirdə bilməzdim əzizim
Ağrıya dözə bilməzdim
 
Sənə bağlıyam
Sevginə bağlandım
Güclü bir narkotik kimi
Doya bilmirəm
Gözlərində itdim
Mavidə boğuluram
İdarə edə bilmirəm
Nə edə bilərəm ki?
Sənə bağlıyam
 
Sənə bağlıyam
Sənə bağlıyam
 
Submitted by f.a. on Sun, 09/07/2017 - 14:07
5
Your rating: None Average: 5 (1 vote)
English

Addicted to You

Comments