Mənə Sən Lazımsan (Bana Sen Lazımsın)

Azerbaijani translation

Mənə Sən Lazımsan

Nə payız, nə güllər istəyər
Bu qəlb bir tək səndə titrəyər
Yandır dayanma
Sənindir bu küllər
 
Nə yayı, nə qışı gözləyər
Bu qəlb bir sənin üçün darıxar
Vur dayanma
Sənindir bu izlər
Mənə sən lazımsan
 
Təsəlli axtarmaq çətin gələr
Gedən sevgili arxasında
Ürək paramparça bir halda
Bədənim darmadağın
 
Gedərkən tökülən göz yaşlarım
Nə ilk, nə son
Sadəcə zamansız yaşandı hər şey
Anladım, sənə gecikdi bu ömür
Darmaduman
 
Buraxıb bir kənara yaşanan hər şeyi
Atıram özümü gecələrə
Bir başqa sevgilidə ovunaram deyə
Süründü bu könül əldən ələ
 
Nə payız, nə güllər istəyər
Bu qəlb bir tək səndə titrəyər
Yandır dayanma
Sənindir bu küllər
 
Nə yayı, nə qışı gözləyər
Bu qəlb bir sənin üçün darıxar
 
Submitted by f.a. on Tue, 18/07/2017 - 17:11
Turkish

Bana Sen Lazımsın

videoem: 
Please help to translate "Bana Sen Lazımsın"
Comments