maNga - Cevapsız Sorular (Azerbaijani translation)

Azerbaijani translation

Cavabsız Suallar

Birdən ay işığını kəsdi
Bir də sən çox dəyişdin
Yaşananlar heç yaşanmamış kimi
Söylənənlər heç söylənməmiş kimi
Bir də sən qarşıma keçdin
Başqa biri var, biri var dedin
İnana bilmədim bitdiyinə, inana bilmədim getdiyinə..
 
Nə sən baxdın arxana nə mən
Həmişə ayrı yollarda getdik
 
Susdu bu gecə, qarardı yenə ay
Qaldı geriyə cavabsız suallar
Oyananda onu ilk kim görəcək
Buraxdığım xəyalı kim böyüdəcək?
 
Hər səhər yox olub gedən
Bir yuxu kimi oldun artıq gecələr məni gözləyən;
Gündüzlərimi zəhər edən
 
Nə sən baxdın arxana nə mən
Həmişə ayrı yollarda getdik
 
Susdu bu gecə, qarardı yenə ay ....
 
Submitted by f.a. on Tue, 18/07/2017 - 16:47
Turkish

Cevapsız Sorular

Comments