Damla - Bu yaxınlarda

Azerbaijani

Bu yaxınlarda

Bənd 1
Bu yaxınlarda eşitdimki biriylə sən,
Yeni bir səhifə açırsan
Unudub əhdini peymanını bir anlıq,
Öz özündənmi qaçırsan
 
Sən elə zənn eliyirsənki o insanla çatacaqsanmı murada
Məni bu arzularımla bu xəyalımla niyə bəs qoydun arada
 
Nəqarət
Bəs deyirdin ölərəm sənsiz
Dedimki bilməy olmaz əzizim
İndi gördünki mən deyəndi
Ölənlə ölməy olmaz əzizim
 
Bənd 2
Bu yaxınlar bu uzaqlar məni bezdirdi,
Nə yaxınsan nə uzaqsan
Sənə bir söz demək olmur küsüb eliyirsən
Eləbil körpə uşaqsan
 
Ama sən gözləməki onla keçən günlər yaşanan günlərə çatsın
Elə küsdürməmisənki təzədən barışım sənə könlüm əl uzatsın
 
Nəqarət
Bəs deyirdin ölərəm sənsiz
Dedimki bilməy olmaz əzizim
İndi gördünki mən deyəndi
Ölənlə ölməy olmaz əzizim
 
Submitted by Bulush_ on Tue, 17/10/2017 - 22:48
Thanks!thanked 2 times

 

Damla: Top 6
Please help to translate "Bu yaxınlarda"
Comments