Eşqini aşagı sal lyrics

Azerbaijani

Eşqini aşagı sal

Əvvəl oğlan məcnun, qız edirdi naz
Edilən hər təklifə qız edirdi etiraz. (Amma!)
Oğlanın inadıdır qanadını gen açan,
Balaca qız deyəcək oğlana „hə“ haçan?
 
Qız açıb gözünü ənənəvi ailədə
Bibilər və xalalar onu böyüdüb dairədə.
Qaş almaq olmaz, qohum-qonşu baxır,
Oğlan harada tapar halal qızı axı?
 
Eşqini aşağı sal.
Bir az da aşağı sal.
Eşqini aşağı sal
Olmasın baş ağrısı.
 
Gündə yüz sms-də min etiraf var,
Dəniz qırağında bağ, milyoner ətraf var.
Bal ayında Dubay, qışa uçuş Parisə
Otelin yaxşısı, geyim-keçim xalisi.
 
Gucci və Armani, Dolce – Gabbana
Beş otaqlı mənzil lepkalı tavanı.
Tullanıb sevincdən və qız olur razı,
Oğlan basır qazı, qız azaldır nazı.
 
Toy oldu, yığıldı qohumlar, tanışlar,
Atıldı şabaşlar, sağlıqlar, alqışlar,
Qızışdı ağızlar, unuduldu bəy-gəlin
Məclisə aş gəlir! Ayyy!
 
Al məni qoynuna, inandım oyununa
Sarılıb boynuna, eşq verib canıma
Qaynayan qanımla, kölənəm, xanımam mən
 
Göz yaşlarım yusun, saçlarım qurutsun,
Əllərindən tutsun, hər dərdi unutsun,
Nəbzinlə bir vursun. Sənə məxsusam mən
 
Aldanıb vədinə, gəlmişəm evinə,
Sevinə-sevinə, çevrildim gəlinə,
Oxşadım könlünü, bağladım ömrümü mən.
 
Ya eşq aşağıda, ya sən aşağısan
Ya eşq aşağıda, ya sən aşağısan
Ya eşq aşağıda, ya sən aşağısan
Eşqini aşağı sal, olmasın baş ağrısı.
 
Ya eşq aşağıda, ya sən aşağısan
Ya eşq aşağıda, ya sən aşağısan
Ya eşq aşağıda, ya sən aşağısan
Olmasın baş ağrısı, eşqini aşağı sal.
 
Submitted by eurovisionboy on Sun, 30/04/2017 - 08:30
Added in reply to request by Zarina01
thanked 2 times

 

Translations of "Eşqini aşagı sal"
Dihaj: Top 3
Please help to translate "Eşqini aşagı sal"
Comments