Russia is waging a disgraceful war on Ukraine.     Stand With Ukraine!
Share
Font size
Translation
Swap languages

Mənə hər şeyi de

Problemlərin varsa mənə de,
Qorxma, onları sirr saxlayaram.
Kefin yoxdursa, sənə dəstək olaram,
Sənə seçimində kömək edərəm.
Qoy sənin şəxsi gündəliyin olum.
Narahat olma, sənə sadiq qalaram.
Həyatın haqda hər şeyi bilmək istəyirəm.
 
Başını qoy balışıma,
Mənə hər şeyi de.
Saatlarla sənə qulaq asaram,
Öz aramızda qalar.
Keçmişini mənə danış,
Öz quldur həyatından,
Söz verirəm ki, səni mühakimə etmərəm.
 
Danış mənə bütün sirlərini,
Onları qoruyub saxlayaram.
Çatmadığın arzularından danış,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Danış mənə bütün sirlərini,
Etiraf etmədiyin xülyalarını,
De mənə hər şeyi unutmadan,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Məndən başqa heç kəs bilməməlidir,
Mən imtiyazlı olmaq istəyirəm.
Bütün qorxularını qoy qırağa,
Məni özünə ən böyük tərəfdar et.
İstəyirəm mənə etibar edəsən,
Heç vaxt açıqlaya bilmərəm
Bu axşam bütün mənə dediklərini.
 
Başını qoy balışıma,
Mənə hər şeyi de.
Saatlarla sənə qulaq asaram,
Öz aramızda qalar.
Keçmişini mənə danış,
Öz quldur həyatından,
Söz verirəm ki, səni mühakimə etmərəm.
 
Danış mənə bütün sirlərini,
Onları qoruyub saxlayaram.
Çatmadığın arzularından danış,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Danış mənə bütün sirlərini,
Etiraf etmədiyin xülyalarını,
De mənə hər şeyi unutmadan,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Etibar etməyə çəkinmə,
Hər şeyi ətraflı bilmək istəyirəm.
Sənin söhbətlərin məni arzulara daldırır.
Sənin qucağında sənə qulaq asaram.
Mənimlə özünü boş buraxa bilərsən,
Sənə sevgim artacaq.
Məni gülümsətsən ancaq səni sevərəm.
Oh-oh-oh,
U-u-u...
 
Danış mənə bütün sirlərini,
Onları qoruyub saxlayaram.
Çatmadığın arzularından danış,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Danış mənə bütün sirlərini,
Etiraf etmədiyin xülyalarını,
De mənə hər şeyi unutmadan,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Danış mənə bütün sirlərini,
Onları qoruyub saxlayaram.
Çatmadığın arzularından danış,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
Danış mənə bütün sirlərini,
Etiraf etmədiyin xülyalarını,
De mənə hər şeyi unutmadan,
Balam, de mənə, de mənə, hər şeyi de mənə!
 
De mənə,
De mənə
Hər şeyi!
 
Original lyrics

Dis-moi tout

Click to see the original lyrics (French)

Comments