Nancy Ajram - Fi Hagat (في حاجات ) (Azerbaijani translation)

Azerbaijani translation

"Bəzi şeylər var"

Hiss edilən, ancaq danışılmayan bəzi şeylər var
Və nə vaxt onları səndən tələb etmək istəsəm, bacarmıram
Və sən onları mən istədikdən sonra etsən də, heç bir mənası olmaz
 
Hiss edilən ancaq danışılmayan bəzi şeylər var,
Onlar ürəyi yaralayır, ancaq onları heç vaxt göstərmərik
Və həmişə sənə (bir söz) deyib deməmək arasında yorğun qalıram
 
Deyə bilmərəm məni sevməyin yolunu (tərzini) dəyiş
Və ya mənə qarşı bir az qısqanclığın olsun,
Və ya bir dəfə məni təəccübləndirib mənə hədiyyə ver
Və ya gözlərim daha əvvəl etmədiyim bəzi şeyləri sezir (2x)
 
Deyə bilmərəm dünyanı gözlərimdə daha gözəl bir yer elə (daha gözəlləşdir) və məndə bəzi şeyləri dəyiş
Fərq etməz mənə necə yaxınsan ya məndən uzaqsan
Deyə bilmərəm həyatımızın necə olmasını istəyirəm
Sən özlüyündə bilməlisən mən həyatımızın necə olmasını istəyirəm
 
Bəzən elə görünür ki, mən sakit qalmışam
Və səssizəm və məmnunam və buna alışmışam
Bu o demək deyil ki təslim olduğumu düşünəsən
 
Və bəzən sən düşünürsən ki, mən bundan sıxılmışam,
Baxmayaraq ki, mən sadəcə yorğunluğu gizlədirəm
Məni “Kaş ki, danışsaydım” deyəcəyim dərəcəyə çatdırma
 
Deyə bilmərəm dünyanı gözlərimdə daha gözəl bir yer elə (daha gözəlləşdir) və məndə bəzi şeyləri dəyiş
Fərq etməz mənə necə yaxınsan ya məndən uzaqsan
Deyə bilmərəm həyatımızın necə olmasını istəyirəm
Sən özlüyündə bilməlisən mən həyatımızın necə olmasını istəyirəm
 
Deyə bilmərəm məni sevməyin yolunu (tərzini) dəyiş
Və ya mənə qarşı bir az qısqanclığın olsun,
Və ya bir dəfə məni təəccübləndirib mənə hədiyyə ver
Və ya gözlərim daha əvvəl etmədiyim bəzi şeyləri sezir
 
Submitted by Farida on Wed, 18/06/2014 - 22:01
Arabic

Fi Hagat (في حاجات )

Please help to translate "Fi Hagat (في حاجات )"
See also
Comments