Dido - Hunter (Azerbaijani translation)

Azerbaijani translation

Ovçu

Otaqdakı bir işıqla
Evə gələndə oyaq olduğunu bilirəm
Pilləkəndəki balaca bir addımla
Orada olanda baxdığını bilirəm
Əgər taxtında olan bir kralsansa
Getməyimə icazə verəcək qədər kamil olarsanmı?
Sahib olduğunu sandığın bu kraliça üçün
Yenidən ovçu olmaq istəyir
Dünyanı yenidən tək görmək istəyir
Həyata yenidən bir şans vermək üçün
Sadəcə qoy gedim
 
Oxunmamış kitab və ağrılı baxış
Televizor açıqdır, səsi isə azdır
Uzun bir pauza
Sonra başlayırsan
Oh, bax, pişik nə gətirdi
Əgər taxtında olan bir kralsansa
Getməyimə icazə verəcək qədər kamil olarsanmı?
Sahib olduğunu sandığın bu kraliça üçün
Yenidən ovçu olmaq istəyir
Dünyanı yenidən tək görmək istəyir
Həyata yenidən bir şans vermək üçün
Sadəcə qoy gedim
Qoy gedim
 
Başıma taxdığın tac indi çox ağır hiss etdirir
Və sənə nə deməliyəm bilmirəm, amma hər necəsə gülümsəyəcəm
Və hər zaman fikirləşirəm, fikirləşirəm
 
Yenidən bir ovçu olmaq istəyirəm
Dünyanı yenidən tək görmək istəyirəm
Həyata yenidən bir şans vermək üçün
Sadəcə qoy gedim.
 
Submitted by taddy26 on Tue, 18/07/2017 - 07:32
Added in reply to request by Zarina01
English

Hunter

Comments