Soccer Anthems Azerbaijan - Anthem Of Kapaz Pfc (Kəpəz Pfk Himni)

Azerbaijani

Anthem Of Kapaz Pfc (Kəpəz Pfk Himni)

Laylalaylaylalalay
Laylalaylaylalalay
Laylalaylaylalalay
Laylalaylaylalalay
 
Qəlblər səninlə, səninlə döyünər
Sevənlərin həmişə səninlə öyünər
Zirvələrdə bayrağın görünər
Ölümünə yanındayıq sarı-göylər (x2)
 
Azərbaycan futbolunun çəngəlində
Gülər üzlər, gülər gözlər sən gələndə
Kəpəz eşqi ürəyimizdə ən dərində
Dolub daşır meydançalar hər səfərində
 
Qəlblər səninlə, səninlə döyünər
Sevənlərin həmişə səninlə öyünər
Zirvələrdə bayrağın görünər
Ölümünə yanındayıq sarı-göylər
 
Uca səslə qışqırırıq biz "Kəpəz!" deyə
Son nəfəsdə də bil ki, Kəpəz, səninləyəm
"Qələbə" şüarımız, Kəpəz - canımız
Dəyişmərik ömür boyu səni heç nəyə
 
Qəlblər səninlə, səninlə döyünər
Sevənlərin həmişə səninlə öyünər
Zirvələrdə bayrağın görünər
Ölümünə yanındayıq sarı-göylər
 
Geridə qoyaq rəqibləri, irəli birliklə!
Qüvvəmiz birlikdədir, gücümüz birlikdə
Varsa yoxsa, Kəpəz var, gecə də, gündüz də
Kəpəz, Kəpəz, Kəpəz, səs ver səsimizə
 
Qəlblər səninlə, səninlə döyünər
Sevənlərin həmişə səninlə öyünər
Zirvələrdə bayrağın görünər
Ölümünə yanındayıq sarı-göylər (x2)
 
Submitted by taddy26 on Tue, 22/08/2017 - 15:18
Submitter's comments:

Mənim şəhərimin komandası ^^

Added in reply to request by SaintMark
Thanks!thanked 2 times

 

Soccer Anthems Azerbaijan: Top 3
Comments