Russia is waging a disgraceful war on Ukraine.     Stand With Ukraine!
Share
Font size
Translation
Swap languages

Biz Birlikdəyik

Hərarətli sözlərin şirinliyini, həzin gecələrin incəliyini,
Səmimi olaraq sən ancaq mənə verirsən.
Dünya bizim üçün yaşayarkən mən hər saatı qiymətləndirirəm,
Biz ömürlük taleyimizlə birləşmişik...
 
Mənim üçün çox mənalısan, mənim həyatım, mənim sevgilim,
Bütün fikirlərim ancaq sənin haqdadır.
Öz qəlbimi verirəm, çünki mən sevirəm,
Sənsə onu özününkütək qoru!
 
Mən səninlə sanki cənnətdəyəm,
Sənin üçün nəfəs alır, sənin üçün oxuyuram,
İki tale bir-biri ilə görüşdü,
Bərk düyünlərlə birləşdi.
Yenə və yenə təkrarlayıram:
Sən - mənim eşqim, mənsə sənin eşqinəm,
Burada sirr lazım deyildir,
Xoşbəxtlik ondadır ki, biz birlikdəyik...
 
Dəli dünya divar qoymuşdur,
Bu tənlikdə ikisi də naməlumdur,
Mən işıqdan parlaq hisslərə inanmırdım,
Bu, həyatdan çox, işıqdan parlaqdır...
 
Ancaq burada və indi biz əbədi deyilik,
Vacib deyil, bir saat və ya il, qarşı-qarşıya gəlirik,
Əgər toqquşmasaq, deməli uçacağıq,
Və artıq bu yolda yanmayacağıq...
 
Biz bir-birimizə nəyik? Nəfəs ritmləri,
Ancaq sənin yuxuna mən gecələr girəcəyəm.
Biz bir-birimizə nəyik? Ulduzların parıltısı,
Və heç bir məsafə bizə qorxulu deyildir...
 
Mən səninlə sanki cənnətdəyəm,
Sənin üçün oxuyur, sənin üçün nəfəs alıram,
İki tale bir-biri ilə görüşdü,
Bərk düyünlərlə birləşdi.
Yenə və yenə təkrarlayıram:
Sən - mənim eşqim, mənsə sənin eşqinəm,
Burada sirr lazım deyildir,
Xoşbəxtlik bundadır ki, biz birlikdəyik...
 
Bu baş gicəllənməsi, bu söz kimyası,
Bu incəlik əbədi sevgiyə işarətlə,
Bu elektrikdir, göz qırpma - arzunu qorxudarsan,
O, çox kövrəkdir...
 
Hissiyat ötürənlər qırpılır, mən yer üzərində uçuram,
Eyforiya bir impuls kimi ikimizin arasındadır,
Bu, artıq çoxdan sevgidən böyük bir şeydir,
Bu metro tunelində uçuş kimidir...
 
Biz bir-birimizə nəyik? Nəfəs ritmləri,
Ancaq sənin yuxuna mən gecələr girəcəyəm.
Biz bir-birimizə nəyik? Ulduzların parıltısı,
Və heç bir məsafə bizə qorxulu deyildir...
 
Mən səninlə sanki cənnətdəyəm,
Sənin üçün nəfəs alır, sənin üçün oxuyuram,
İki tale bir-biri ilə görüşdü,
Bərk düyünlərlə birləşdi.
Yenə və yenə təkrarlayıram:
Sən - mənim eşqim, mənsə sənin eşqinəm.
Burada sirr lazım deyildir,
Xoşbəxtlik bundadır ki, biz birlikdəyik...
 
Mən səninlə sanki cənnətdəyəm,
Sənin üçün nəfəs alır, sənin üçün oxuyuram.
İki tale bir-biri ilə görüşdü,
Bərk düyünlərlə birləşdi.
Yenə və yenə təkrarlayıram:
Sən - mənim eşqim, mənsə sənin eşqinəm.
Burada sirr lazım deyil,
Xoşbəxtlik bundadır ki, biz birlikdəyik...
 
Original lyrics

Вместе мы

Click to see the original lyrics (Russian)

Please help to translate "Вместе мы"
Comments