Aygün Kazımova - Gecələr Keçir

Azerí

Gecələr Keçir

Səhərə nə qalir? Ulduzlar sönür
Səhərin yollari gecədən keçir
Üfüqdə bir solğun şəfəq görünür
Bu da bir qəribə gecədir keçir
 
Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir keçir
 
Gecələr bu iliq gecəni məndən
Yada sal olanı keçəni mənlə,
Gecələr hər gecə keçəni məndən
Deyirsən gedirəm gecədir gecdi
 
Bir gecə səninlə çəkildik bağa,
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa?
Elə bil alovdan nur çəkir keçir
 
Qoy gəlim gecənə gecəni məndən,
Gizlətmə olanı keçəni məndə
Sənin ayrı salan gecəmi məndən,
Onun da günahı gecədir keçir,
 
Bir gecə səninlə çəkildik bağa,
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir keçir
 
Publicado por xeyal.azerbeyli el Sáb, 07/03/2015 - 18:12
Editado por última vez por Fary el Vie, 28/07/2017 - 16:04
¡Gracias!

 

Las traducciónes de "Gecələr Keçir"
Aygün Kazımova: Top 6
Comentarios