Rusia lleva a cabo una guerra vergonzosa contra Ucrania.     ¡Defiende a Ucrania!
Cómo apoyar a Ucrania 🇺🇦 ❤️
Compartir
Tamaño de fuente
Letra original

Letra de Azərbaycan Sovet Sosialist Respublikasının Himni - Anthem of the Azerbaijan Soviet Socialist Republic

Azərbaycan! Çiçəklənən Respublika, şanlı diyar!
Qadir Sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!
 
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük Sovet ölkəsində!
 
Odlar yurdu! Bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.
 
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük Sovet ölkəsində!
 
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!
 
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük Sovet ölkəsində!
 

 

Las traducciones de "Azərbaycan Sovet ..."
Inglés #1, #2
Ruso #1, #2
Transliteración #1, #2
Colecciones con "Azərbaycan Sovet ..."
Por favor, ayuda a traducir "Azərbaycan Sovet ..."
Comentarios
RadixIceRadixIce
   Mar, 21/02/2023 - 06:49

Transliteration and original lyrics swapped, please, refrain from adding Azerbaijani lyrics in the Cryilic script