Aşağı Düşürəm (Going Under)

traduzione in Azero

Aşağı Düşürəm

İndi sənin üçün nələr elədiyimi deyəcəm
Əlli min göz yaşı tökdüm
Sənin üçün qışqırdım, aldatdım, qan axıtdım
Və hələ də məni eşitmirsən, aşağıya düşürəm
 
Köməyini istəmirəm bu dəfə, özümü xilas eliyərəm
Bəlkə sənin tərəfindən məğlub edilməmiş bir halda
bircə dəfə oyanaram
Hansı ki, ən dibdə olduğumu zənn edəndə
 
Yenə ölürəm, aşağıya düşürəm
İçində boğuluram, əbədiyyən enirəm
Sındırıb keçməliyəm, aşağıya düşürəm
 
Doğrunu və yanlışı ləkələyib qarışdırırsan
Ona görə də bilmirəm, nə doğrudur nə yalan
Ona görə də bilmirəm, nə doğrudur nə yalan
Həmişə beynimdəki düşüncələrimi qarışdırırsan
 
Ona görə artıq özümə güvənə bilmirəm
Yenə ölürəm, aşağıya düşürəm
İçində boğuluram, əbədiyyən enirəm
Sındırıb keçməliyəm, mən
 
Dayanma, qışqır
Qışqır üstümə ,mən çox uzaqdayam
Bir daha qırılmayacam
Nəfəs almalıyam, aşağıda qala bilmərəm
 
Yenə ölürəm, aşağıya düşürəm
İçində boğuluram, əbədiyyən enirəm
Sındırıb keçməliyəm, aşağıya düşürəm
Aşağıya, aşağıya düşürəm..
 
Postato da byabacus Dom, 02/06/2013 - 11:41
Commenti dell'autore:

Translate by Malik SH | Tərcümə etdi: Malik SH

Mümkün qədər normal tərcümə eləməyə çalışdım, ümidvaram işinizə yarayar.

http://fb.com/byAbacus
http://twitter.com/byAbacus

Inglese

Going Under

Vedi il video
Per favore aiutaci a tradurre "Going Under"
Commenti