Russia is waging a disgraceful war on Ukraine.     Sta achter Oekraïne!
This page has been marked as having incorrect formatting and needs attention.

  • Elvin Mirzəzadə

    Düşün məni

Deel
Lettertypegrootte
Originele teksten

Düşün məni songtekst

Düşün məni, gecə səhərə çatana qədər
Düşün məni, gözün yuxuya dalana qədər
Düşün məni, zalımın zülmündən
Kağız qələmi tapana qədər
Göz səni axtarana qədər ...
(x2)
 
Salma yadə, nə badə badə badə
Arxasıyca gedər yadə
Düşər sevgili yar intizarə
Ömrü gedər, sevgi bitər bir gün gözlərimdə
Mənim sevgim, mənim sözlərimdə
 
Xəyallarım, niyə yarım qaldı xəyallarım ?
Mən ağalaram
Gecələri səni mən yuxuda görüb sayaqlaram
Cırdığım onca şəkillər birdə
Yazdığın məktubu oxuyub mən ağlaram...
 
Düşün məni, düşün məni
Düşün məni, zalımın zülmündən
Kağız qələmi tapana qədər
Göz səni axtarana qədər
 
Yazar səndən şair, yazar gecə
Bir gün vaxtı gələr, bir gün bezər gecə
Səhəri unutmaq çətin olur necə
Keçər gecə, keçər necə
 
Əllərimdən əllərini, çək canım soyut məni
Desələr sevgi yoxdu, göstər sübut məni
Etmə şair, etmə yazar sadəcə avut məni
Mən unuda bilmədim heç
Bacarsan unut məni...
(x2)
 
Düşün məni, gecə səhərə çatana qədər
Düşün məni, gözün yuxuya dalana qədər
Düşün məni, zalımın zülmündən
Kağız qələmi tapana qədər
Göz səni axtarana qədər ...
(x2)
 
Düşün məni
Düşün məni, zalımın zülmündən
Kağız qələmi tapana qədər
Düşün məni, Düşün məni
 

 

Vertalingen van "Düşün məni"
Elvin Mirzəzadə: Top 3
Gegeven reacties