Laura Pausini - It's not goodbye ( Tradução para Azeri)

Tradução para Azeri

Bu hələ vida deyil

Əgər mən yenə də sənin dodaqlarından öpməsəm,
Və məni bir daha bərk qucaqladığını hiss etməsəm,
Mən necə nəfəs alacağam?
Sənsiz bütün yerlər mənə ögeydir
Bilirəm, nə vaxtsa sən mənə geri dönəcəksən
Amma o vaxta qədər mənim qəlbim boş olacaq
Ona görə mən yalnız buna inanacağam ki,
Məndən uzaqda, haradasa sən məni düşünürsən.
 
O günə qədər mən səndən ayrı olacağam
Bizim növbəti salamlaşmağımızadək
Bu hələ vida deyil!
Mən səni bir də görənədək
Səni burada dayanıb xatırlayacağam
Və o vaxt tamam olanda
Daha heç birimiz ağlamayacağıq
Ömrümüzün sonunadək
Mən bir şeyi dana bilmərəm ki,
Bu hələ vida deyil!
 
Sən elə bilirdin mən bunun öhdəsindən gələ biləcək qədər güclüyəm
Kədərə qalib gəlib, yenidən ayağa qalxa biləcəyəm.
Amma bu qədər güclü olmaq çox çətindir
Hələ sən əgər kimsə üçün çox darıxırsansa,
 
Mən əminəm ki, bunun üçün vaxt lazımdır
Amma bu vaxt çox şeyi alır məndən və mən buna dözə bilmirəm
Sən heç cəhd etməyəcəksən
Sındırılmış qəlbimi yenidən ələ ala bilmək üçün
 
Our_aim_is_to_gain_liberty
Adicionado por Gunay_Kerimova em Sexta-feira, 29/01/2016 - 18:51
Inglês

It's not goodbye

Laura Pausini: Maiores 3
Comentários