A Rússia está travando uma guerra desgraçada contra a Ucrânia.     Ajude a Ucrânia!
  • Ağlama, gülüm, ağlama

Compartilhar
Tamanho da fonte
Original

Letras de Ağlama, gülüm, ağlama

Göz yaşının axıb gedən giləsi,
Ürəyimdən qopub gedir, ağlama. (x2)
 
Divanə olaram qəmin əlindən,
Qəlbimi alovlar didir, ağlama. (X2)(x2)
 
Ağlama, yaşım sel oldu,
Ürəyim yandı, kül oldu,
Həsrətin yaşı il oldu,
Ağlama, gülüm, ağlama. (x2)
 
Qaşlarını hər çatılmış görəndə,
Həyat eşqi yoxa çıxır sinəmdə. (x2)
 
Kipriklərin nəmli-nəmli enəndə,
Halımı pərişan edir, ağlama. (X2) (x2)
 
Ağlama, bitər bu həsrət,
Vüsal olar bizə qismət,
Unudulmaz ilk məhəbbət,
Ağlama, gülüm, ağlama. (x2)
 
Bəzən umu-küsdü oldu arada,
Zaman keçər, sağalar bu yara da. (x2)
 
Tərlan könlüm birdən düşsə tora da,
Eşqimizi hicran güdür, ağlama. (X2) (x2)
 
Ağlama, yaxın gəl barı,
Ömrüm-günüm olub yarı,
Unutma əhdi, ilqarı,
Ağlama, gülüm, ağlama. (x3) (X2)
 

 

Comentários