Aşiq Qarabquş

Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık… Tık… Tık… Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:
— Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:…
— Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:
— Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə yaşaya bilirəm. Peşman olmazsan. Sən də mənim kimi yalnızsan, yalnızlığını paylaşaram.
Bu dəfə adam əməlli hirslənir: — Mən yalnızlığımdan məmnunam. Məni rahat burax!
Bu dəfə qaranquş başını önə əyib gedir. Bir daha görünmür pəncərədə. Aradan zaman keçir. Adam öncə düşünür, sonra öz-özünə etiraf edir: — Hey mənim ağılsız başım, nə qədər axmaqlıq etdim. Gözlənilməz anda qarşıma çıxan fürsəti əldən verdim. İndi belə tək oturacağıma əyləncəli vaxt keçirərdik birlikdə. Peşman olur amma iş işdən keçib. Yenə də öz-özünü rahatlatmaq üçün deyir: İstilər başlayanda qaranquşum necə olsa gələr. Mən də onu yanıma alar, maraqlı bir həyat keçirərəm.… Və çox uzun müddət istilərin gəlməsini gözləyir. Gözü yollarda qalır. Yaz gəlir, başqa qaranquşlar gəlir, amma… onun qaranquşu heç görünmür. Yazın sonuna qədər pəncərəsi açıq gözləyir,amma nahaq. Qaranquş yoxdur! Gələn başqa qaranquşlardan soruşur, görən olmayıb. Sonunda dərdini demək və məlumat almaq üçün bir müdrikə gedir. Olanları danışır. Müdrik gözlərini adama dikir və deyir:
— Qaranquşların ömrü 6 aydır...
Həyatda bəzi fürsətlər vardır ki,sadəcə bir dəfə əlinizə keçər və dəyərləndirməsə­niz uçub gedər. Həyatda bəzi insanlar vardır ki, yalnız bir dəfə qarşınıza çıxar, dəyərini bilməsəniz qaçıb gedər. Və heç vaxt geri dönməzlər. Diqqətli olun və düşünün:
Görəsən siz bu günə qədər neçə qaranquşu pəncərənizdən qovmusunuz?!

Language: 
field_vote: 
0
Niciun vot