Russia is waging a disgraceful war on Ukraine.     Stai cu Ucraina!
  • Aygün Kazımova

    Qoy bütün aləm bizdən danışsın

    Artiști prezenți: Uzeyir Mehdizada
Acțiune
Marimea fontului
Versuri originale

Qoy bütün aləm bizdən danışsın versuri

Bir birimizi elə sevək ki sevgilim
Qoy bütün aləm bizdən danışsın
Hər zaman deyək gülək ki sevgilim
Qoy bütün aləm bizdən danışsın
Gəl heç zaman küsməyək ki sevgilim
Qoy bütün aləm bizdən danışsın
O yana bu yana əsməyək ki sevgilim
Qoy bütün aləm bizdən danışsın
 
Görüb bizi vəfasızlar oyansın
Bizim sevgimizə baxıb utansın
Sevənlərə bir nümunə olaq biz
Kim ki çəkir paxılığmızı yansın
Gəl yaşayaq ömrü boyü mehriban
Yansın alışsın bizə kimdi düşman
Sən mənə diqqət eylə qayği göstər
Görsünlər necədir sevdiyim insan
 
Qoy bizi bir yerdə görənlər desin
Gör necə bəxtəvərdilər söyləsin
Kim istəyir danışsın dalımızca
Eybi yoxdu qoy paxıllıq eyləsin
Gəl çalışaq biz paxıllıq etməyək
Hansısa bir insanı incitməyək
Əsas odur ki düşünək öz həyatmızı
Vəfasızların yolunu getməyək
 
Pis günümüzdə olsa bilməsinlər
Ağlamıyaq ki bizə gülməsinlər
Səni mənnən məni sənnən görənlər
Bir birimizdən ayrı görməsinlər
Qüssə kədər bizdən uzağda olsun
Günü gündən məhəbbətimiz ucalsın
Yaddaşlarda qalıb dillərə düşsün
Bizim sevgi xatirələrdə qalsın
 

 

Traduceri ale cântecului "Qoy bütün aləm ..."
Comentarii