Russia is waging a disgraceful war on Ukraine.     Stai cu Ucraina!
Acțiune
Marimea fontului
Traducere
Swap languages

Evimiz

Evimiz uzaqlardadı
Səbrli dağların arxasındadı
Qızıl çöllərin arxasında
Boş səhraların arxasında
 
Evimiz suyun o tərəfindədi
Gücsüz dalğaların o tərəfində
Sərv meşələrinin arxasında
Röyada,bir yuxuda
 
Mavi okeanın o tərəfində
Armud bağlarının arxasında
Üzüm bağlarının o tərəfində
Arı pətəklərinin arxasında
 
Evimiz buludların arxasındadı
Darıxmağımızın o tərəfində
İslanmış küçələrin sonunda
Yağışın, dənizlərin arxasında
 
Evimizin nağılı var
Albalı və püstəsi var
İsti gülüşlərinin arxasında
Yorğun insanları var
 
Evimizin sevinci var
Hövzəsində balığı var
Küçələrində top oyunu var
Nazlı pişikləri var
 
Evimiz isti və səmimidi
Divarlarında köhnə şəkillər var
Balkonda oyunun şəkli
Dəniz kənarında, yayda
 
Yağış altındakı o günün şəkli
Bir hıçqırıq və çamadanla
Nazənin və mehriban insanların
Yanından getməyin
 
Evimiz uzaqlardadı
Səbrli dağların arxasındadı
Qızıl çöllərin arxasında
Boş səhraların arxasında
 
Evimiz suyun o tərəfindədi
Gücsüz dalğaların o tərəfində
Sərv meşələrinin arxasında
Röyada,bir yuxuda
 
Versuri originale

خونهٔ ما

Fă click aici pentru a vedea versurile originale (Persană)

Te rugăm să ajuți la traducerea cântecului „خونهٔ ما”
Comentarii