Russia is waging a disgraceful war on Ukraine.     Stai cu Ucraina!
Acțiune
Marimea fontului
Versuri originale

Hələ də versuri

İtirdim səni mən, ürəyimdə bir qürur,
Düşündüm unudaram səni məcbur
Fərqinə varmadım, sən demə yanıldım,
Əsl eşq ömürdə bir dəfə olur
 
Hələ də, hələ də,
Səni sevirəm hələ də
Unudulmadın bu illərdə,
Sevərəm indən belə də
 
Niyə sən mənim olmadın?
Nələr oldu ,nə səbəbkar?
Bəlkə inadkar olmadın,
Mənəm ,mənəm günahkar.
Bağışla ,sevgilim ,mən sənin ola bilmədim
Xoşbəxtliyin qoy sənin olsun, əzablar mənim
 
Hələ də, hələ də,
Səni sevirəm hələ də
Unudulmadın bu illərdə,
Sevərəm indən belədə
 
Xatırla məni sən bir əldən nə olur
Düşünmə qəlbimdə gülüm solur
Bu həyat vəfasız,
Zaman çox amansız
Bu yarın sənsiz dərdinlə yaşar olur...
 

 

Traduceri ale cântecului "Hələ də"
Rusă #1, #2
Talıb Tale: Top 3
Comentarii