Russia is waging a disgraceful war on Ukraine.     Ukrayna'nın Yanında Olun!
Paylaşmak
Yazı tipi boyutu
Çeviri
Swap languages

Vetrom stat' (Ветром стать)

Öləndə olacacağam əsən külək
Və yaşayacağam sənin çardağında
Sən öləndə olacaqsan günəş
Və onsuzda olacaqsan məndən yuxarıda
 
Payız küləyi ilə mən oralarda
Səninlə uçacağıq aydınlığa
Sən anlamayacaqsan,və gizlicə mən
"Haradasan Günəş" deyə pıçıldaram ürəkdən
 
Ancaq sən hələ Günəş olmadan
Eşidəcəksən,sənə nəğmələr söyləyəcəyəm çardaqdan
Yenə aldığın nəfəs olacağam
Bunun üçün sadəcə külək olmalıyam
 
Sadəcə sənin gülümsəməni gözləyəcəyəm
Sadəcə sənin vallarına qulaq asacağam
Sənin kipriklərindən qar dənələrini toplamaq üçün gərək
Ancaq olmalıyam əsən külək
 
Öləndə olacağam əsən külək
Yerə ilk qarla enərək
Aydınlığa uçmaq səninlə gülüşərək
Bundan böyük xoşbəxtlik olmasa gərək
 
Sən öləndə Günəş olacaqsan
Və mənim şaxtamı oğurlayacaqsan
Və Açacaq bağçalarda mimozalar
Və əriyəcək qəlbdəki buzlar
 
Orijinal şarkı sözleri

Ветром стать

şarkı sözleri (Rusça)

Yorumlar
RadixIceRadixIce
   Cum, 06/12/2013 - 14:54

Dediyim kimi mahnının adını Azərbaycan dilində yazın, sizdən artıq dərəcədə xahiş edirəm. Bir də siz "olacacağam" yazıbsınız, mən Azərbaycan dilində belə bir söz olduğunu düşünmürəm, bu "olacağam" olmalıdır.