I do (두 번째 고백) (إلى الأذرية ترجم)

Advertisements

Qəbul Edirəm

Bir il əvvəl geyindiyim paltarları çıxardım
Səni gülümsədən çiçəkləri aldım
Birlikdə keçirdiyimiz dör mövsüm boyunca
İndi bir-birimizə oxşayırıq
 
Səsim çox titrəyir
Sözləri tələffüz belə edə bilmirəm
Bir dəfə daha etiraf etməyə çalışıram
Ürəyim sürətlə döyünür, o yuxu kimi gündə olduğu kimi
 
Başlayaq, qəbul edirəm, əzizim
Səninlə ilk tanış olanda hiss etdiyim titrəmə ilə
Hiss etdiyimiz kəpənəklər ilə
Sadəcə barmaqlarımızın toxunması ilə
Söz verirəm, qəbul edirəm, əzizim
Saysız günlər bizi itələsə belə
Mən o günə geri dönəcəyəm və əlini tutacağam
Saysız səbahlar gəlsə belə, sonsuza qədər qəbul edirəm
 
Hər hansı bir mahnının sözləri kimi
And içirəm, saçların ağarana qədər
Qar və yağış yağanda belə
Səni sevəcəyəm və qoruyacağam
Uzun müddətli sevgililər ayrılar deyirlər amma bir il oldu və sonsuza qədər davam edə bilər
Günəş qərbdən doğsa belə
 
Təqvimlərimiz dolu idi
İl boyunca
Başqa bir gün əlavə olundu, biz şəkillərdəki
Gözəl günlər kimiyik
 
Başlayaq, qəbul edirəm, əzizim
Səninlə ilk tanış olanda hiss etdiyim titrəmə ilə
Hiss etdiyimiz kəpənəklər ilə
Sadəcə barmaqlarımızın toxunması ilə
Söz verirəm, qəbul edirəm, əzizim
Saysız günlər bizi itələsə belə
Mən o günə geri dönəcəyəm və əlini tutacağam
Saysız səbahlar gəlsə belə, sonsuza qədər qəbul edirəm
 
Düşən günəş işığı şirindir, o sənsən
Külək bizi əhatə etsə belə
Bu gün hər şey mükəmməldir
 
Eynən belə, qəbul edirəm, əzizim
Bu uzun günün sonunda
Tam o anda
Yanımda, sol əlimdə, sonsuza qədər mənimlə ol
Sonsuza qədər qəbul edirəm, əzizim
Sənə ürəyimi vəd edəcəyəm
Başqa bir il keçsə belə
Səni heş dəyişmədən sevəcəyəm, sonsuza qədər qəbul edirəm
 
تم نشره بواسطة f.a.f.a. في الأربعاء, 28/11/2018 - 19:36

I do (두 번째 고백)

ترجمات أخرى للأغنية "I do (두 번째 고백)"
الأذرية f.a.
Idioms from "I do (두 번째 고백)"
See also
التعليقات