Pranga - Nargin

  • الفنان: Pranga ( Cavid)
  • فنان مفضل: Khazar
  • ألبوم: Qırmızı
Advertisements
الأذرية
A A

Nargin

Yazdım adını divarlara
Dağ basıram xəyallara (x2)
Gedirəm özgə diyarlara
Əlvida (x2)
 
Bənd 1
İndi sən də gedirsən
Aramla islanır köhnə vaqonlar
Əvəz eləməyəcək parfümünü bahalı flakonlar
Köhnə çerlo, partsiqarlı tozlu fortapiano
Qramafonda loren altıncı sonata Ti Amo
Tanrı Jenpier Jenet səni ecazkar Amelia
Dəyişərdi gözlərin mavi yaşıl xamelia
Aç tökülsün yenə sinəmə sarı tellərin xəfif
Makyajın partfeldə Müşviqin şeirləri
Məni gözəl xatırla yenə o bağ olaydı
Yenə də bahar gələydi kaş yenə sən sağ olaydın
Dolaydım saçın kimi qıvrılan dalğalara
Mənsə getməliydim qoşulub qara qarğalara
İndi məni də apar Xəzər məni apar özünlə
Ruhu çıxar bədənimdən məni də qopar özümdən
Qoy gəmilər kimi ləpələrində düşüm çovğuna
Qayalarında adını yazdığım qızın indi bir oğlu var
 
Nəqarət
Şeirlərimi gizləyərsən
Yollarını gözləyərsən
Yollarını gözləyərsən
Dönməsəmdə özləyərsən
Əlvida (x2)
 
Bənd 2
Ağlama Ay parçası ağlama nə olar
Hər kəsi soluna gömən mən bir səni bastırammadım
Mən səni bir ömürə belə sığdıra bilməsəm də
Sən mənə bir gecədə yağış qadını yazdıran qadın
Qanadlarıma sığal çək özləmişəm səsli bağır
Daha Bakının küləyləri əvvəl ki tək əsmir ağır
Sən məni heç sevmədin məni Tanrı belə sevməmişdi
Özünü sevməyən bir adamı Tanrı nəcür sevsin axı
Nəfəsim təngədiycə məhv oluram ovuclarıma tərbələnir
Parçalıyır köksümü tənhalığın qəlpələri
Gəl yenə yanağlarımı sığallasın saçın
Qərənfilər əkdiyim torpaqda böyüdü dar ağacın
Sən ölmədin evin mənəm sol yanımda qalırsan
Məndə gedirəm indi xeyallarımı burda gömüb
Sən gecələr boz Ay kimi yoluma işıq salırsan
Uluyuram hər gecələr ruhum aman qurda dönüb
Davam edərik səndə məndə yarım qalan hekayəmizdə
Heç olmamış kimi bastırarıq qəlbimizdə ən dərində
Əllərində qırışlarla gələrsən görüşümə
Sənin yanında oğlun mənim içimdə döyüşlər
Bir yağıs yağar o gün müjganına şeh düşər
Daş üstündə gül bitər
Gecə Günəşlə Ay görüşər
Palçıq adam yağış qadını görər yenə
Elə bu xəyalla ömür sürən mən qara gün ax demişəm vay demişəm
 
Nəqarət
Gedirəm özgə diyarlara
Əlvida
Dönməsəm də özləyərsən
Əlvida
 
تم نشره بواسطة Bulush_Bulush_ في الأربعاء, 05/07/2017 - 16:23
تم تعديله آخر مرة بواسطة RadixIceRadixIce في الأثنين, 17/07/2017 - 20:20
شكراً!thanked 10 times

 

Advertisements
فيديو
Pranga: Top 3
التعليقات
RadixIceRadixIce    الأثنين, 17/07/2017 - 20:21

Sözlər düzənləndi. (Bəzi orfoqrafik və bəzi mənanı dəyişən səhvlər var idi)