الرجاء المساعدة في ترجمة اسم الأغنية

يشارك
حجم الخط
الأصلي

Yay Gecələri

Yay gecələri, ulduzlu əyləncəli
Səninlə bu yay hər ləzzəti görməli (x3)
 
Sanki gün boyu yağmış atəş
Amma qırmızı üfüqdə batır günəş
Əlaürat1 halımla edir güləş
İndi gəl belə istiyə dayan, dirəş
İstidir, qızmar istidir
Könlüm dincəliş, güc əbəs dedi
Yarım görüşümə tələs dedi
Ürəyim fırtınalı bir həvəsdədir
İlin gözəlliyi yayda olar
Dincəlməli - yayda bu qayda olar
Əyləncəmizin sayda olar
İstirahətdən cana fayda olar
Bakal-bakal sərin pivə
Burda əhvalımız dönəcək divə
Bu isti yay gecələrində
Səhərlərə kimi heç girməyək evə
 
Nəqərat:
Yay gecələri, ulduzlu əyləncəli
Səninlə bu yay hər ləzzəti görməli (x3)
 
Odlu gündən kölgələrə
Axşam yığışan çox döngələrə
Üz tut təbiətə, bölgələrə
Basa2 imkan qərib ölkələrə
Gəzməyə, görməyə bəhanə çox
Olma hər şeyə bir belə biganə çox
İstəsən gəz bu dünyanı
İndi yamanca dəyişib zamanə çox
İlin gözəlliyi yayda olar
Dincəlməli - yayda bu qayda olar
Əyləncəmizin sayda olar
İstirahətdən cana fayda olar
Bakal-bakal sərin pivə
Burda əhvalımız dönəcək divə
Bu isti yay gecələrində
Səhərlərə kimi heç girməyək evə
 
Nəqərat:
Yay gecələri, ulduzlu əyləncəli
Səninlə bu yay hər ləzzəti görməli (x3)
 
Yay gecələri, ulduzlu əyləncəli
Səninlə bu yay hər ləzzəti görməli (x3)
 
  • 1. Nə dediyini anlaya bilmirəm, eşitdiyim budur. Daha çox və anlamlı təkliflərə açığam
  • 2. burda da öz versiyalarınızı eşitməkdən məmnun olaram
Translation
 
Login or register to post translation
التعليقات