안단테 (Andante) (превод на азербайджански)

превод на азербайджанскиазербайджански
A A

Andante

Yuxum gəlir, yuxum gəlir
Bu dərin göz yaşlarının sonunda yuxum gəlir
Otağımda, pəncərədən bayırda, maraqsızca
Arxamı dönərkən, bir çox gecəni səni düşünərək keçirirəm
Yağış yağan ilk gündən başlayaraq
İslanmış son günə qədər
Uzun tunelin qaranlığı
Yuxumda, yavaş-yavaş islanır
 
Xatirələrinə nə qədər arxamı dönsəm də
O sözlərdən qaça bilmirəm
Ayrılığın sonunda, arxamı dönürəm, arxamı dönürəm
Yavaş-yavaş, yavaş-yavaş yığılmış hislər
Yavaş-yavaş yavaş-yavaş toplanmış xatirələr
Yavaş-yavaş, yavaş-yavaş onları unudacağam, andante
 
Görməyə öyrəşdiyim bu yuxuda
Ehtiyatla, ehtiyatla ayrılığa hazırlaşacağam
Yuxumda bilə ürəyini dəyişə bilmirəm
Səni nə vaxt unuda biləcəyəm?
Gözlərimi açanda
Artıq cümə axşamıdır və yenə, çərşənbə axşamı
İndi vaxt belə sürətlə keçir
Səni bir az daha yanımda saxlamaq istəyəndə
 
O günün xatirəsinə nə qədər geri dönsəm də
O yerdən qaça bilmirəm
Evinin önündə, fırlanıram, fırlanıram
Yavaş-yavaş, yavaş-yavaş yaxınlaşan ayrılıq anı
Yavaş-yavaş, yavaş-yavaş sənin daha da uzaqlaşan ürəyin
Yavaş-yavaş, yavaş-yavaş buna inanmağa başlayacağam
 
Dözməyə çalışıram amma edə bilmirəm
Gözlərimin önündə soyuqca toplanır
Göz yaşlarım yavaş-yavaş axır
 
Xatirələrinə nə qədər arxamı dönsəm də
O sözlərdən qaça bilmirəm
Ayrılığın sonunda, arxamı dönürəm, arxamı dönürəm
Yavaş-yavaş, yavaş-yavaş yığılmış hislər
Yavaş-yavaş yavaş-yavaş toplanmış xatirələr
Bir gün, yavaş-yavaş, yavaş-yavaş onları unudacağam
Andante
 
Благодаря!
получил/а 9 благодарности
Публикувано от f.a.f.a. в(ъв)/на ср., 08/12/2021 - 20:11
Преводи на „안단테 (Andante)“
азербайджански f.a.
Колекции, включващи „안단테“
Коментари
Read about music throughout history