Русия води позорна война срещу Украйна.     Бъдете с Украйна!
Споделяне
Размер на шрифта
Превод
Размяна на местата на текста и превода

qısqanclıq, qısqanclıq

Lap telefonumu otağın küncünə atmaq istədim
Çünki gördüyüm bütün qızlar əsl ola bilməyəcək qədər göyçəkdirlər
Kağız kimi ağappaq dişləri və mükəmməl bədənləri ilə, kaş ki, heç vecimə almasaydım
Onların göyçəkliyi mənim əskikliyim olmadığını bilirəm amma bu yük
Arxamdaymış kimi hiss etdirir və mən buraxa bilmirəm
 
Müqayisə etmək astaca mənim axrıma çıxır
Güman edirəm, məni tanımayan adamlar haqqında çox fikirləşirəm
Özümdən çox bezmişəm, başqa birisi
Olmaq istərdim amma qısqanclıq məni təqib etməyə başladı
Məni təqib etməyə başladı
 
Və hər kəsin istədiklərinə nail olduqlarını görürəm
Mən onlar üçün çox sevinsəm də, əslində heç xoşbəxt deyiləm
Sadəcə əla vintaj geyimlər və tətil fotoları
Mən buna dözə bilmirəm, ilahi, nə danışdığımı bilmirəm
Onların qazancı mənim itkim deyil
Bunun doğru olduğunu bilirəm amma buna qapılmaqdan özümü xilas edə bilmirəm
 
Müqayisə etmək astaca mənim axrıma çıxır
Güman edirəm, məni tanımayan adamlar haqqında çox fikirləşirəm
Özümdən çox bezmişəm, başqa birisi
Olmaq istərdim amma qısqanclıq
 
Sənin bütün dostların çox cazibədardır, hər axşam qırağı çıxırsan
Atanın bahalı maşınında, elədir, bu həyatda kef edirsən
Qəşəng üzün, qəşəng oğlan dostun da var
Səni tanımasam belə sən olmağı yaman çox istəyirəm
Gördüyüm bircə şey necə olmalı olduğumdur
Daha xoşbəxt, daha qəşəng, qısqanclıq, qısqanclıq
Gördüyüm bircə şey necə olmalı olduğumdur
Mən pozitivəm, malik olduğum bircə şey qısqanclıqdır
 
Müqayisə etmək astaca mənim axrıma çıxır
Güman edirəm, məni tanımayan adamlar haqqında çox fikirləşirəm
Özümdən çox bezmişəm, başqa birisi
Olmaq istərdim amma qısqanclıq
Özümdən çox bezmişəm, başqa birisi
Olmaq istərdim, qısqanclıq məni təqib etməyə başladı
 
Оригинален текст

jealousy, jealousy

Натиснете тук, за да видите оригиналния текст (английски)

Колекции, включващи „jealousy, jealousy“
Olivia Rodrigo: 3-те най-преглеждани
Коментари
Don JuanDon Juan
   четвъртък, 10/11/2022 - 20:53

The source lyrics have been updated. Please review your translation.