Русия води позорна война срещу Украйна.     Бъдете с Украйна!
Споделяне
Размер на шрифта
Оригинален текст

Текст на „Soviet Azerbaijani Patriotic Song - Јахшы Јол (Yaxşı Yol)“

Dörd qardaşıq, qurban olaq ana yurda dördümüz,
Partiyadır sərkərdəmiz, yox ürəkdə dərdimiz
Qoymaz tapdansın Vətəni qoçağımız, mərdimiz.
 
Nəqarət:
Düşmənlərə vermə aman, get qardaşım, yaxşı yol!
Yurdlarını elə viran, get qardaşım, yaxşı yol!
 
Qədrini bil, toxunmasın sənə bir yad gülləsi,
Sən lazımsan bu ellərə, ey Vətənin haqq səsi,
Var səsinlə qəlbən oxu qalibiyyət nəğməsi.
 
Nəqarət:
Düşmənlərə vermə aman, get qardaşım, yaxşı yol!
Yurdlarını elə viran, get qardaşım, yaxşı yol!
 
Poladdan bir səngər kimi sinəni gər hücumda,
Düşmənləri yuvasından et dərbədər hücumda,
Azdır, yenə sən min faşist qırsan əgər hücumda
 
Nəqarət:
Düşmənlərə vermə aman, get qardaşım, yaxşı yol!
Yurdlarını elə viran, get qardaşım, yaxşı yol!
 

 

Коментари