Orxan Zeynallı (AiD) - Uzaqlardan Məktub

Advertisements
আজারবাইজানীয়
A A

Uzaqlardan Məktub

(verse 1: AiD)
Əziz atam və anam,sağ olun ki,böyütdünüz məni,
Mən ola bilərdim indi küçədə dilənənlərdən biri
Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə,
Deyiləm sevinənlərdən ki növbəti gün oyanıb diri
Mənim uşaqlığım keçdi elə müharibə illərində,
Həyətdə oynayanda valideynlər çörək növbələrində.
Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə ,
Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə..
Əziz atam və anam,siz bəzən dalaşırdınız ,
Gözümü yumub,qorxub istəyirdim evdən qaçmaq.
Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün
Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq.
“Böyüyüb soyuq biri olacam” deyib bərk qucaqlamaq
Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa
Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki sonra
Başdaşını qucaqlayıb “Bağışla” demək gec olmasın.
 
(verse 2: AiD)
Əziz atam və anam,sizə deyiləcək sözüm çox,
Mənim uşaqlıqda az olub oyuncağım,amma gözüm tox.
Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz
Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü.
İçimə qapandım illərlə,azaldı səsim,küyüm
Alışıb yansam bu torpağa istəmərəm tökülsün külüm.
Məni isidərsən,gülüm,mahnılar olmayanda
Bu şəhər yaman boş görünür insanlıq olmayandan.
Əziz atam və anam,siz günahkar deyilsiniz
Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh..
Bir qurtum su istəyəndə bir okean verirsiniz
Dilənçi yaxşı görər sevgi hərdən isitməz,əzab verir.
Həqiqət qorumaqdırsa ailəni,vətəni,evi
Gənclik vəfasız quş kimi əylənib tükənib gedir.
Qalır təkcə insanlıq qışda sadiq sərçə tək
O heç vaxt uçmayacaq,gəl bir ömürlük mərc edək.
 
Leyla AslanalpLeyla Aslanalp দ্বারা বুধ, 23/08/2017 - 18:36 তারিখ সাবমিটার করা হয়
ধন্যবাদ!1 বার ধন্যবাদ পেয়েছেন

 

Advertisements
ভিডিও
Orxan Zeynallı (AiD): সেরা 3
মন্তব্যসমূহ