Russland führt einen schändlichen Krieg gegen die Ukraine.     Stehen Sie an der Seite der Ukraine!
Teilen
Schriftgröße
Übersetzung
Sprachen tauschen

Qara Kostyum

Gözqamaşdıran ay işığı, fərqli bir gecə başlayır
Ağappaq bir köynək
Mağazanın pəncərəsində öz əksimi görürəm
Gördüyüm şeyi bəyənirəm, yaxşı hiss edirəm
 
Ay qız, indi mən öl-öl-öl-ölürəm
Səni istəyirəm, inkar et-et-etmirəm
Titrəmədən, hər üz, hər söz
Biz centilmenik
Bu gecə gözlərini bağla
 
Qoxunu təqib etdim və sənə yaxınlaşdım
Sonra axtardım, səni cəzb etmək üçün bir şansa sahib olmağı hədəfləyərək
 
Ürəyini oğurlamaq üçün qara bir kostyum
Dodaq boyan mənə doğru parıldadı
Nəfəs kəsən bir hiss, onu hərəkətə keçir
Sadəcə bir əl hərəkəti ilə məni özünə aşiq edirsən
Ürəyim partlayacaq kimi hiss edirəm
Bu gecəni oğurlamaq üçün qara bir kostyum
 
Bir işıq məni təqib edir, altında bir kölgə dayanır
Həqiqi mən bir pərdə ilə örtülüdür
Əgər bilmək istəyirsənsə, əlimi tut
Bizim zamanımız başladı
 
Ay qız, mən öl-öl-öl-ölürəm
Səni istəyirəm, inkar et-et-etmirəm
Titrəmədən, sənə doğru gedirəm
Bir centilmen kimi
Bu gecə səni qollarımda saxlayacağam
 
Sənin gözəl siluetin yox olmadan əvvəl
Axtarmaq istəyirəm
Səni cəzb etmək üçün bir şansa sahib olmağı hədəfləyərək
 
Ürəyini oğurlamaq üçün qara bir kostyum
Dodaq boyan mənə doğru parıldadı
Nəfəs kəsən bir hiss, onu hərəkətə keçir
Sadəcə bir əl hərəkəti ilə məni özünə aşiq edirsən
Ürəyim partlayacaq kimi hiss edirəm
Bu gecəni oğurlamaq üçün qara bir kostyum
 
Dodaqların çox aydındır, onlara toxuna bilərəm kimi hiss edirəm
Ürıyim üstünə tökülür, səni istəyirəm
Səni qucaqlamaq və qaranlıqda rəqs etmək istəyirəm
Heç kim bilmədən
Hər şeyi unut və məni təqib et, bəli bəli bəli
Gözlərində sadəcə mən varam, pıçıltılar və
Nəfəsin belə qulaqlarımda titrəyir
Bir şans gördüyüm o anda
 
Ürəyini oğurlamaq üçün qara bir kostyum
Dodaq boyan mənə doğru parıldadı
Nəfəs kəsən bir hiss, onu isit
Bütün gecə, yanır
Nəfəsimizin səsi belə istidir
Bu gecəni oğurlamaq üçün qara bir kostyum
 
Məni itirmə, hey
Bu şans geri gəlməyəəck
İsit onu, bütün gecə səni sallayacağam
Nəfəsimizin səsi belə istidir
Ona görə məni unutmayacaqsan
Ürəyini oğurlamaq üçün qara bir kostyum
 
Originaltext

Black Suit

Klicken, um den Originaltext zu sehen (Englisch, Koreanisch)

Kommentare