Russland führt einen schändlichen Krieg gegen die Ukraine.     Stehen Sie an der Seite der Ukraine!
Teilen
Schriftgröße
Übersetzung
Sprachen tauschen

4 Dəqiqə

(Timbaland)
Çox zamanım yoxdur və tək sahib olduğum 4 dəqiqədir
(bir neçə dəfə təkrar)
Dağıt (cərgəni)
 
(Madonna:)
Gəl oğlan,
Elə mən də məni gəzdirəcək
Birini gözləyirdim
 
(Justin:)
Vaxt xərcləmək istəmirəm
Mənə bir işarə ver
Necə etmək istədiyini de
 
(Madonna:)
Mənim üçün vaxtı sürətləndirəcək və sonra isə yavaşladacaq
Birini istəyirəm
İkisi üçün də kifayət qədər otaq var
 
(Justin:)
Bununla başa çıxa bilərəm
Sadəcə harada olduğunu göstərməlisən
Hazırsan getməyə?
(Hazırsan getməyə?)
 
(Madonna və Justin:)
Əgər bunu istəyirsənsə
Buna onsuz sahibsən
Əgər bunu düşünürsənsə
Gərək istədiyin olsun bu
Əgər bunu hiss edirsənsə
Bu real olmalıdır sadəcə
Bir söz de və sənə istədiyin nədirsə onu verəcəyəm
 
(Madonna və Justin:)
Vaxt gözləyir
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var
Tərəddüd etmək yoxdur
Bir oğlan ələ keçir
Bir qız ələ keçir
Vaxt gözləyir
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var
Tərəddüd yoxdur
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var, dörd dəqiqə
 
(Madonna və Justin:)
Özünü möhkəm saxla
Madonna
Cərgəyə getməlisən, hoppan
Tik tok tik tok tik tok tik tok
Doğrudur, özünü möhkəm saxla
Özünü möhkəm saxla, eləmə..
Madonna, ah
Cərgəyə getməlisən, hoppan
Tik tok tik tok tik tok tik tok
 
(Madonna:)
Bəzən düşünürəm ki, ehtiyacım olan şey bir insan müdaxiləsidir, hə
 
(Justin:)
Və bilirsən ki, bunu xoşladığını deyə bilərəm
Və bu yaxşıdır, bu arada hərəkət etməyin də elə, ooh, hey hey
 
(Madonna:)
Cəhənnəmə gedən yol yaxşı niyyətlərlə doludur, hə
 
(Justin:)
Amma əgər bu gecə ölsəm
Ən azından istədiyimi etdiyimi deyə bilərəm
De görüm, bəs sən?
 
(Madonna və Justin:)
Əgər bunu istəyirsənsə
Buna onsuz sahibsən
Əgər bunu düşünürsənsə
Gərək istədiyin olsun bu
Əgər bunu hiss edirsənsə
Bu sadəcə real olmalıdır
Bir söz de və sənə istədiyin nədirsə onu verəcəyəm
 
(Madonna və Justin:)
Vaxt gözləyir
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var
Tərəddüd etmək yoxdur
Bir oğlan ələ keçir
Bir qız ələ keçir
Vaxt gözləyir
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var
Tərəddüd yoxdur
Dünyanı qurtarmaq üçün təkcə dörd dəqiqəmiz var, dörd dəqiqə
 
(Madonna və Justin:)
Özünü möhkəm saxla
Madonna
Cərgəyə getməlisən, hoppan
Tik tok tik tok tik tok tik tok
Doğrudur, özünü möhkəm saxla
Özünü möhkəm saxla, eləmə..
Madonna, ah
Cərgəyə getməlisən, hoppan
Tik tok tik tok tik tok tik tok
 
(Timbaland:)
Dağıt (cərgəni)
 
Originaltext

4 Minutes

Klicken, um den Originaltext zu sehen (Englisch)

Bitte hilf mit, „4 Minutes“ zu übersetzen
Madonna: Top 3
Kommentare
RadixIceRadixIce
   So, 24/06/2018 - 10:08

Sətirlər paralel olmalıdır deyə bir qayda yoxdur. Tərcümə mənimdir, formatı istədiyim kimi edə bilərəm. Əgər səhvlər görürsüzsə bunu mənə deyin. https://lyricstranslate.com/en/faq#faq36
FAQ-da da qeyd edildiyi kimi.
İndi sizə bir moderator olaraq xəbərdarlıq edirəm, 5 ulduzdan aşağı səs verirsizsə səhvlərimi açıqlamalısız. Qaldı ki, 1 ulduz - mənim tərcümə Google translate ilə edilməyib. Və əgər görsəydiniz ki, bu mahnının sözlərinə 2016-da dəyişiklik edilib və mənə xəbərdarlıq edilməyib o zaman formatın niyə sözlərə uyğun olmadığını anlayardınız.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 11:27

Bu sadəcə real olmalıdır - Bu real olmalıdır sadəcə (Sadəcə sözünü sona yazsanız, ondan sonrakı sətrə də aidliyini ifadə etmiş olarsınız, orijinaldakı kimi).
No hesitating - Tərəddüd etmədən
Bir də, sətirlərin sonunda durğu işarələrini əlavə etsəniz daha gözəl olacaq.
Son redaktənizdən sonra sətirlər paralel olub, əlbəttə ki, ulduzları artıracağam.

RadixIceRadixIce
   So, 24/06/2018 - 12:12

Yenə başlayaq, bilmirəm fikir veribsiz ya yox, başqa tərcümələrin də formatı fərqli idi. Nə vaxtsa düzəliş edilib sözlərə və xəbərdarlıq edilməyib. Mən də bunu gördüm və düzəltdim, digərlərinə də xəbərdarlıq elədim.
İkinci olaraq no hesitating - tərəddüd etmək yoxdur anlamına da gəlir. Nə "tərəddüd etmək yoxdur", nə də "sadəcə"nin yerini fərqli yerdə işlətməyim tərcüməmin səhv olduğu anlamına gəlir. Mənim tərcüməm mənim başa düşdüyümdür, siz fərqli cümlələri fərqli şəkildə şərh edə bilərsiz, mən də fərqli şəkildə şərh edə bilərəm. Alternativlərdir bunlar və alternativlər heç zaman səhv deyil.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 12:21

Format məsələsini aydınlaşdırdıq. Qeyd etdiklərim isə mənim tərəfimdən edilmiş təkliflər idi. Buna görə də 4 ulduz verməyə məcbur oluram. Yəni 5 ulduz hər şeydən məmnun olduqda verilir. Ulduzu az vermək səbəb tələb edirsə, səbəbləri dedim. Dəyişiklik etmək sizdən, səs vermək bizdən, necə deyərlər.

RadixIceRadixIce
   So, 24/06/2018 - 12:29

Without hesitating - tərəddüd etmədən
No hesitating - tərəddüd etmək yoxdur.
Bu zaman mənim tərcüməmdə heç bir səhv yoxdur.
"Sadəcə" məsələsində isə mənim üçüm heç bir fərqi yoxdur, onu dəyişərəm. Sadəcə məsələ orasındadır ki, sadəcə-nin yerini fərqli yazmağım səhv deyil, fərqli alternativdir sadəcə, onu da dəyişərəm, əgər istədiyiniz budursa. No hesitating məsələsində isə heç bir səhv yoxdur.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 12:36

Təşəkkür edirəm. Ümid edirəm ki, fikir mübadiləsinə hər zaman hörmətlə yanaşacaqsınız.
Durğu işarələrinin olmadığına göz yummaq olmur. Xüsusilə, sizin tərcümə mətninizdə buna çox ehtiyac var.
Bizim dilimiz üçün bunlardan istifadə çox həssas məqamdır.
Mətn özü leksik cəhətdən qüsursuz tərcümə olunub. Atalarımız demişkən, uman yerdən küsərlər. Yəni daha mükəmməl olması üçün təkliflərimi etməyi özümə borc bildim. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.

RadixIceRadixIce
   So, 24/06/2018 - 12:40

Əlbəttə, mən də fikir mübadiləsi etməyi sevirəm. Mən də sizə uğurlar arzulayıram. Ümid varam sizə aqresiv cavab verməmişəm. Sadəcə bir az xəstəyəm və format üzündən 1 ulduz verməyiniz mənə doğru gəlməmişdi.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 12:45

Tanrı köməyiniz olsun. Qətiyyən aqressivlik hesab eləmədim. Eləcə də, mənim rəylərim normal olmadısa, üzr istəyirəm.
Şah əsər mahnısında etdiyim qeydlərə nəzər yetirib cavab yazacağınızı gözləyirəm. Düzdür, bir qədər geniş yazmışam, amma mümkün olanlarını düzəltmək istəsəniz, bildirərsiniz.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 11:46

Moderator olmağınızın mənim üçün bir üstünlüyü yoxdur. Biz tərcümədən danışırıq, yalnız tərcümədən, başqa heç nədən. Moderator olmağınız "istədiyimi edə bilərəm" demək deyil. Hər kəsin peşəkarlığını artırmaq üçün tənqidlərə ehtiyacı var.
Yazınızdan da məlum olur ki, durğu işarələrinin işlədilməsinə bir az diqqətsiz yanaşırsınız.
Qeyd edim ki, şərt şəklindən sonra vergül (,) işarəsindən istifadəyə diqqət yetirməyiniz lazımdır.

RadixIceRadixIce
   So, 24/06/2018 - 12:18

Mən sizi qaydalarla tanış edirəm sadəcə. Sizə göstərdiyim linkdə səs vermə qaydaları var.
İkinci olaraq, tərcüməmə baxıram və durğu işarələri ilə bağlı problem yoxdur. Sadəcə digər sətirdən yazıramsa durğu işarələrindən istifadə etmirəm. Orijinal sözlərdə də göründüyü kimi cümlələrin sonunda durğun işarələrindən istifadə edilməyib və mən də ona görə etməmişəm.
Əgər tərcümdə nəyisə səhv tərcümə etmişəmsə bunu mənə deyin, mən bundan xoşbəxy olaram. Necə deyirlər, ağıl ağılfan üstündür. Amma əgər deməyə heç bir sözünüz yoxdursa və sadəcə tərcüməmin "formatını" sevmirsizsə bu sizin probleminizdir.

deyanet.aghayevdeyanet.aghayev    So, 24/06/2018 - 12:24

Dediyim kimi formatdakı uyğunsuzluğu aradan qaldırdınız. Sətrin ortasında olsa belə, əgər şərt şəkli varsa, baxın, elə bu cümlədəki kimi, o zaman mütləq vergül işarəsindən istifadə etmək lazımdır.
Tərcümə təkcə leksikologiya ilə əlaqəli deyil, onun içərisində bütün dil şöbələrinin qaydalarına əməl etmək kimi məsələlər yer alır.