Michalis Hatzigiannis - Par' Ta Ola Dika Sou (Πάρ' τα όλα δικά σου) (Aserbaidschanisch Übersetzung)

Aserbaidschanisch Übersetzung

Götür, Hər Şey Sənindir

Artıq yalan yoxdur, səni duelə dəvət edirəm
Hər şey külə dönsə belə bizim əriməyimizi istəyirəm
Qurtaranda, tək olacağıq
Gəl, başlayaq, qorxunun mənası var
 
Artıq yalan yoxdur, səni duelə dəvət edirəm bu gecə
Qılıncınla səbəblərimi kəs
Sərxoş idim və bir müddət Tanrı olduğumu düşündüm
Guya ki, gücüm var idi gəlib sonra tərk etməyə
 
Təkcə sevməyi bilən bir qəlb
Yüksək səslə atmağı öyrənir
 
Sevgilim, mənə bax
Soruşma, məni vur
 
Hər şey götür, hər şey sənindir
Alovumu sənin alovun et
Mənimlə bədən-bədənə döyüş
Mənimlə etməyi xoşladığın şeyləri bir az daha et
 
Sənə çox sevgim var
Başqa heç kəsə olmayan sevgi
Ürəyimi əllərinə təslim edirəm
Sən mənə baxanda, mən ölürəm
 
Artıq yalan yoxdur, arzu bir güllədir
Məni yazığın gəlmədən öp, gecəni gündüz et
Sərxoş idim və bir müddət Tanrı olduğumu düşündüm
Guya ki, gücüm var idi gəlib sonra tərk etməyə
 
Təkcə sevməyi bilən bir qəlb
Yüksək səslə atmağı öyrənir
 
Sevgilim, mənə bax
Soruşma, məni vur
 
Hər şey götür, hər şey sənindir...
 
Von RadixIce am Mo, 24/07/2017 - 09:51 eingetragen
Zuletzt von RadixIce am Di, 25/07/2017 - 19:43 bearbeitet
Kommentare des Autors:

I've translated it based on maria_gr's english translation.

Griechisch

Par' Ta Ola Dika Sou (Πάρ' τα όλα δικά σου)

Kommentare