Russland führt einen schändlichen Krieg gegen die Ukraine.     Stehen Sie an der Seite der Ukraine!
Teilen
Schriftgröße
Übersetzung
Sprachen tauschen

Səni Sevməyimin Səbəbi

Televiziyanı yandıranda dünyadan xəbərlər eşidirəm
Çiyinlərimdə yük olurlar və kefimi pozurlar amma buna baxmayaraq
Bu səhər sənin səsini mükəmməl eşidə bilirəm
(Eşidə bilirəm, eşidə bilirəm, eşidə bilirəm)
Məni mükəmməl edən nə varsa, məni həyatda saxlayan nə varsa
Məni güldürən nə varsa, hamısının tək bir səbəbi var
Sənə sahib olmaq
 
Sən, sən dediyin zaman
"Səni sevirəm, səni sevirəm, səni sevirəm"
Bunu dediyin zaman məni buna inandırırsan
Sən, sən baxdığın zaman
Səssizcə, səssizcə gözlərimə
Gözlərimə baxıb gülümsədiyin zaman, məni də gülümsədirsən
(Səni sevməyimin səbəbi)
 
Bir çox insan məni tanımasa belə
Çiyinlərimi qaldırıram va özümə daha inamlı oluram
Mənim üçün tək insan, sevdiyim tək insan
(Mənim olan sən, mənim olan sən, mənim olan sən)
Başlanğıcdan bir az daha çox, dünəndən bir az daha çox
Səni bu gün daha çox sevməyimin səbəbi
İkimizin sirridir
 
Sən, sən dediyin zaman
"Səni sevirəm, səni sevirəm, səni sevirəm"
Bunu dediyin zaman məni buna inandırırsan
Sən, sən gəldiyin zaman
Mənim yanıma, mənim yanıma
Və mənə söykəndiyin zaman, məni gücləndirirsən
 
Səmimi gülümsəyişin, seksi baxışların
Təsadüfi söhbətin hava kimi dəyişir
Əvvəldən təxmin edə bilmirəm
Olduğun kimi, heç nəyi dəyişmədən
Sevdiyim insan sənsən
O sənsən
 
Sən, sən dediyin zaman
"Səni sevirəm, səni sevirəm, səni sevirəm"
Bunu dediyin zaman məni buna inandırırsan
Sən, sən baxdığın zaman
Səssizcə, səssizcə gözlərimə
Gözlərimə baxıb gülümsədiyin zaman, məni də gülümsədirsən
(Səni sevməyimin səbəbi)
 
Sən, sən dediyin zaman
"Səni sevirəm, səni sevirəm, səni sevirəm"
Bunu dediyin zaman məni buna inandırırsan
Sən, sən gəldiyin zaman
Mənim yanıma, mənim yanıma
Və mənə söykəndiyin zaman, məni gücləndirirsən
(Səni sevməyimin səbəbi)
 
Originaltext

니가 좋은 이유 (Why I Like U)

Klicken, um den Originaltext zu sehen (Koreanisch)

Sammlungen mit "니가 좋은 이유 (Why I Like..."
Kommentare