Advertisement

Do panjareh - دو پنجره ( Αζέρικα μετάφραση)

Advertisement
Αζέρικα μετάφραση

İki pəncərə

Bir daş divarda iki pəncərə əsirdir,
İkisi də yorğun, ikisi də tənha, biri sən, biri mən.
Qara daşdan divar, daşı soyuq, möhkəm qranit,
Vurub səssizlik möhürünü bizim yorğun dodaqlarımıza.
Tərpənə bilmirik divarın ağırlığı altında.
Sənlə mənim eşqim büsbütöv bir dastandır, divar dastanı.
 
Həmişə məsafə olub əllərimizin arasında.
Həmin acılıq ilə keçib gecə-gündüzümüz.
Aramızda yol uzun deyil, amma yenə çoxdur.
Yeganə əlaqəmiz küləyin mehriban əlidir.
Biz əsir qalasıyıq, həyatımız boyu əsirik.
Azadlığımız ölümdür deyə ölüb azad olacağıq.
 
Kaş bu divar dağılaydı, sənlə mən bir yerdə öləydik,
Başqa bir dünyada bir-birimizin əlindən tutaydıq.
Təki oradakı ürəkləri nifrət dərdi almaya,
Pəncərlər arasında başqa divar olmaya.
 
Υποβλήθηκε από 322395062 στις Παρ, 02/03/2018 - 02:41
Περσικά

Do panjareh - دو پنجره

Λοιπές μεταφράσεις του "Do panjareh - دو ..."
Αζέρικα322395062
Παρακαλώ βοηθήστε στη μετάφραση του "Do panjareh - دو ..."
Σχόλια