Eminem - Beautiful (Azerbaijani translation)

Azerbaijani translation

Gözəl

[Giriş:]
Son vaxtlar mənə çatmaq çətinləşib
Öz-özümlə çox tək qaldım
Hər kəsin şəxsi dünyası var
Haradakı onlar tək ola bilirlər
Sən məni çağırırsan?
Mənə keçməyə çalışırsan?
Mənə əlini uzadırsan
Mən sənə uzanıram
 
[Versiya 1:]
Mən dəhşətli deppressiyadayam, bu kəskin düşüşdən çıxa bilmirəm
Bu dağı keçə bilərəm, ancaq məni bu zibillikdən çıxaracaq bir şeyə ehtiyacım var
Əzildim, yaralandım, yıxıldım və dərhal ayağa qalxdım
Ancaq ağıllanmam üçün bir qığılcıma ehtiyacım var, mikrafonu yenidən əlimə almaq üçün
Bilmirəm necə yaxud niyə yaxud nə vaxt oldu ki, mən indiki vəziyyətə düşdüm
Mən yenidən uzaqlaşmış hiss edirəm, və qələmi əlimə almaq nəticəsinə gəldim
Nəfəslik yaratmağa cəhd göstərirəm, ancaq bunu sadəcə qəbul edə bilmirəm
Yaxud da raplə işimin qurtardığı faktı anlayıram, yeni çarəyə ehtiyacım var
Və bilirəm bəzi şeylər həzm eləmək üçün çətindir ancaq mən arxaya oturub ağrı çəkə bilmirəm
Öz əzabımın içində, ancaq bir fakti bilirəm, izlənilməsi çətin bir hərəkət olacam
İzlənilməsi çətin bir hərəkət, izlənilməsi çətin bir hərəkət olacam
Bu gün burada, sabah getmiş olacam, ancaq sən min mil gəzməyə məcbur olacaqsan
 
[Xor :]
Mən ayaqqabılarımda, sadəcə görmək üçün, mənim kimi olmaq necə hissdir
Mən sən olacağam, gəl ayaqqabıları dəyişək, sadəcə mən olmağın necə olduğunu görmək üçün
Ağrını hiss edirəm, sən də mənimkiləri hiss edirsən, bir-birimizin beyninin içinə girək
Sadəcə görmək üçün ki, orda nə tapırıq, baxdığımız şeylərə bir-birimizin gözlərindən baxaq
Ancaq onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
Onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
 
[Versiya 2:]
Fikirləşirəm ki zarafat qabiliyyətimi itirməyə başlayıram
Hər şey gərgin və zülmət görünür, Mən
Elə hiss elədim ki, otağın temperaturasını ölçməliyəm
Daxil olan kimi, sanki bütün gözlər mənim üzərimdədi
Ona görə göz-gözə gəlməkdən çəkinirəm
Əgər gəlsəm onda o hər şeyi açır
Söhbət üçün qapıları, sanki mən istəyirmişəmmiş kimi
Mən əlavə diqqət axtarmıram, mən sadəcə sənin kimi olmaq istəyirəm
Otağın qalanı ilə qarışmaq , bəlkə mənə sadəcə ən yaxın tualeti işarə edir
Mənim lənətə gəlmiş qulluqçulara ehtiyaclm yoxdur ki, arxamca gəlib və mənə arxamı təmizləsinlər
Elədiyim bütün zarafatlara gülmək, və yarısı gülməli olmasa belə, "AAhhhhh! kimi
Marşall, sən çox gülməlisən, komediyaçı olmaydın, lənət olsun!"
Təəssüflər olsun ki eləyəm, təlxəyin göz yaşlarının arxasında gizlənirəm
Hamınız əyləşin, və mənim danışacağım hekayəyə qulaq asın, bəli
Biz ayaqqabılarımızı dəyişməyəcəyik, və sən min mil gəzməli olmayacaqsan
 
[Xor :]
Mən ayaqqabılarımda, sadəcə görmək üçün, mənim kimi olmaq necə hissdir
Mən sən olacağam, gəl ayaqqabıları dəyişək, sadəcə mən olmağın necə olduğunu görmək üçün
Ağrını hiss edirəm, sən də mənimkiləri hiss edirsən, bir-birimizin beyninin içinə girək
Sadəcə görmək üçün ki, orda nə tapırıq, baxdığımız şeylərə bir-birimizin gözlərindən baxaq
Ancaq onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
Onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
 
[Versiya 3:]
Heç kim həyatda bizə boş kartları verib oynamamızı istəmədi
Biz özümüz o kartları götürməliyik və çevirməliyik, heç bir kömək gözləmə
İndi mən ya oturduğum yerdə oturaram və əsəbiləşib zarıldayaram
Ya da olduğum vəziyyəti başa düşüb və ayağa qalxıb özümə gələrəm
Qapının ağzında gözləyən və çantasını yığan uşaqlardan olmamışam
Ya da eyvanda oturub, ümid edib, heç vaxt üzə çıxmayan atasının gəlməsi üçün dua edən
Mən sadəcə getdiyim hər yerdə , getdiyim hər məktəbdə özümə yer tapmaq istədim
Mən o laqeyd uşaqlardan olmaq istədim əgər bu axmaqca davranmaq mənasına gəlsə belə
Edna xalam həmişə mənə deyirdi, o belə yapışana qədər sifət eləməyə davam elə
Və bu vaxt belə danışmağa çalışan dilimi tutaraq dayanıram
Sonra səkkiz yaşımda dilimi donmuş dur işarəsinə yapışdırana qədər
Mən öyrənməli olduğum dərsi öyrəndim onda, çünki artıq dostlarımı heyrətləndirməyə çalışmırdım
Ancaq artıq mən sizə bütün həyat hekayəmi danışdım, təkcə təsvirdə olmayan
Çünki oturduğun yerdən gördüklərin, ehtimal ki 110% fərqlidir
Fikrimcə, ən azı bir-birimizin ayaqqabılarında bir mil gəzməliyik
Sən hansı nömrə geyinirsən, mən 10`larda geyinirəm, görək sənin ayağına olur
 
[Xor :]
Mən ayaqqabılarımda, sadəcə görmək üçün, mənim kimi olmaq necə hissdir
Mən sən olacağam, gəl ayaqqabıları dəyişək, sadəcə mən olmağın necə olduğunu görmək üçün
Ağrını hiss edirəm, sən də mənimkiləri hiss edirsən, bir-birimizin beyninin içinə girək
Sadəcə görmək üçün ki, orda nə tapırıq, baxdığımız şeylərə bir-birimizin gözlərindən baxaq
Ancaq onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
Onların sənə gözəl deyilsən demələrinə icazə vermə
Onlar hamısı qələt edir, sənə doğru olanı qəbul elə
 
[Son :]
Son vaxtlar mənə çatmaq çətinləşib
Öz-özümlə çox tək qaldım
Hər kəsin şəxsi dünyası var
Haradakı onlar tək ola bilirlər
Sən məni çağırırsan?
Mənə keçməyə çalışırsan?
Mənə əlini uzadırsan
Mən sənə uzanıram
 
Bəli, mənim balalarıma, güclü qalın, atanız tezliklə evə gələcək
Və dünyanın yerdə qalanlarına... Allah sizə sizə uyğun olan ayaqqabıları verib
Onda onları götürün və geyinin... özünüz olun, kim olduğunuzla fəxr edin
Hətta bu çeynənmiş səslənsə də... Heç kimə icazə verməyin sizə gözəl olmadığınızı söyləsinlər
 
Submitted by shahana on Sat, 24/06/2017 - 11:38
5
Your rating: None Average: 5 (1 vote)
English

Beautiful

Comments