Damla - Fırtına

  • Artist: Damla (Damla Mesume)
  • Album: 2018
  • Translations: Russian
Azerbaijani

Fırtına

Kim eşidə bilər içimdəki fırtınaları
Bir tək sən çəkərdin qayğılarımı
Kim hiss edə bilər ağrılarımı acılarımı
Bir tək sən çarə idin sağaldırdın yaralarımı
 
Səndən başqa çarəm yox
Gəl yanıma hardasansa
Səndən başqa dərmanım yox
Çarə ol ağrılarıma
 
Hər gündüz hər gecə bu ürək
Yenə sənin üçün döyünəcək
Hər şeyi unudub səni sevəcək
Gəl çarə Gəl gəl artıq
 
Mən qəlbimdən yaralanmış
Sayəndə həyatı paralanmış
Qürurun önündə dayanmış
Gəl çarəm gəl…
 
Submitted by orhanatmaca on Tue, 06/03/2018 - 01:51
Last edited by RadixIce on Sat, 17/03/2018 - 04:20
Thanks!thanked 2 times

 

Translations of "Fırtına"
Damla: Top 3
Comments
RadixIce    Sat, 17/03/2018 - 04:21

Orfaqrafiya düzəldildi.