Fool Like You (Azerbaijani translation)

Advertisements
Azerbaijani translation
A A

Sənin kimi axmaq

Məni ölümə tərk etdin amma hələ də sağam.
Məni tapa bilmədin?
Çoxlu gözyaşı, çoxlu ağlayış
Çox vahimələndirici...
 
Hələ də sən gəlib çatana kimi gözləyirəm
Daima darıxıram...
Bir yalanı yaşamaq üçün bir azadlıq.
 
Məni silmisən?
Mənə zəng etmək məni qucaqlamaq üçün çox məşğulsan
Məni heç istədinmi?
 
Bilmək istəmirsən?
Qəlbimin sınıb -sınmadığını?
Heç biləcəyəmmi ?
Sevginin deyilməmiş olduğunu
 
Doğrudur gözlərim qəmlidir,
Eyniylə sənin kimi.
Mənim də sənin kimi
Axmaq olmağımı istərdin?
 
Mən yoxmuşam kimi davrana bilməzsən!
Xatirələri vərəqlə!
Mənim səmimi sevgiylə olan ilk öpüşümü
Heç vaxt hiss etməyəcəksən!
 
Tək başıma savaşmağı öyrəndim.
Dayağım olmadan.
Bilirəm ki evə dönüş yoxdur...
 
Sən məni sildin?
Mənə zəng etmək və məni qucaqlamaq üçün çox məşğulsan
Məni heç istədinmi?
 
Əgər mən də sənin kimi hərəkət etsəm
Mən də bütün çətinliklərimdən gizlənərdim
Əgər mən də sənin kimi olsaydım
Mən də həmin köhnə axmaq olardım...
 
Submitted by narmin salimovanarmin salimova on Mon, 18/03/2019 - 09:27
EnglishEnglish

Fool Like You

Kovacs: Top 3
See also
Comments