Mil pasos (Azerbaijani translation)

Advertisements
Azerbaijani translation
A A

Min addım

Bir addım mən həmişəlik gedirəm
Güclü bir addım
Bir addım irəliyə
 
İki addım sənə baxmadan gedirəm
Çox uzağa addımladım
İki addım mən artıq səni unutdum
 
Üç addım mən artıq şərqə yollanıram
Cənuba, qərbə
Üç addım çox düşündüyümü düşünürəm
Nəqarət
Və nə zaman qayıdacaqsan?
Qayıdacağam.
Nə zaman qayıdacaqsan?
Mən artıq çox uzaqdayam.
Və nə zaman dönəcəksən?
Ya bir gün ya da heç vaxt...
 
Və nə zaman dönəcəksən?
Mən artıq ilk addımı atmışam.
Nə zaman qayıdırsan?
Hər şeydən öncə, məni gözləmə!
Nə zaman qayıdırsan?
Ya bir gün ya da heç vaxt...
 
Dörd addım xatırlamaq istəyirəm
Dörd addım artıq bilirəm
Sən məni sevdin mən də səni
 
Beş addım artıq özümü itirmədən
Çox uzağa hərəkət etdim
Beş addım və səni bağışladım
 
Altı addım demək olar ki, yeddi
Artıq necə hesablayacağımı bilmirəm
Min addım və daha çox mən hələ də ayaqdayam
 
Nəqarət
 
Submitted by narmin salimovanarmin salimova on Sat, 23/03/2019 - 19:26
SpanishSpanish

Mil pasos

Comments