One Last Goodbye (Azerbaijani translation)

Advertisements
Azerbaijani translation

Son Bir Əlvida

Sənə necə də ehtiyacım var idi
İndi sən olmayanda necə də kədərliyəm
Yuxularımda səni görə bilirəm
Lakin elə yalnız oyanıram ki
 
Bilirəm getmək istəməmişdin
Qəlbin qalmaq üçün can atırdı
Amma səndə olduğu üçün həmişə sevdiyim o güc
Axırda təslim oldu
 
Necəsə bilirdim məni belə tərk edəcəyini
Necəsə bilirdim qalmayacağını
Və səhərin ilk işıqlarında
Dinc, sakit bir gecədən sonra
Qəlbimi və varlığımı alıb uzaqlara apardın
 
Yuxularımda səni görə bilirəm
Sənin hiss etdiklərimi deyə bilərəm
Yuxularımda səni qucaqlaya bilirəm
Bu elə realdır ki
 
Hələ də ağrını hiss edirəm
Hələ də sənin sevgini hiss edirəm
Hələ də ağrını hiss edirəm
Hələ də sənin sevgini hiss edirəm
 
Və necəsə bilirdim məni belə tərk edəcəyini
Necəsə bilirdim qalmayacağını
Və səhərin ilk işıqlarında
Dinc, sakit bir gecədən sonra
Qəlbimi alıb uzaqlara apardın
Oh qalmış olmağını necədə istərdim.
 
Submitted by Agshin Azizov on Mon, 15/10/2018 - 10:21
English

One Last Goodbye

Comments