Please help to translate "Sən Olsaydın"

Azerbaijani
A A

Sən Olsaydın

Sən olsaydın nə bu yazılar oldu,
Nə süjetlərlə dolu səhnələr,
Nə payızlar olardı
Nə məni darıxdıran boş məhlələr,
Nə qızlar olardı həyatımda səndən başqa
Sən olsaydın,
Sevdiyim azadlıq,
Nə dəmir barmaqlıq,
Qollarımda qandal,
Yalvarırdım sən qal
Getmə, indi günahdı
Açılmaz sabah həyatımda səndən başqa
Sən olsaydın,
Hətta ölüm xoş gələrdi mənə
Görüş yeri boş qalardı,
Yenə hədəfi unutsaydım
Unudardım varlığımı,
Təki səni unutsaydım,
Heç bir kəsi unutmazdım,
Həyatımda səndən başqa
Sən bir xəyal kimi gözümdən itdin
Mənsə xəyalınla xəyala daldım
Sən bir insan kimi
Gəldin və getdin,
Mənsə dünya kimi yerimdə qaldım
 
(Nəqarat)
Həyatım, o günlərə yenə qayıtdım
Səni tapa bilmədim, amma
Ürəyimdən silmədim heç bir zaman adını (x2)
 
Eyni lənəti hər gecə pıçıldayaraq əzbər
Sən həyatımda təksən duyğulartək məxmər
Sarışın, əsmər, ünvanlar dolu dəftər
Həyata vurulan cəbhdə buraxılan səhvlər
Məni uçurdan həplər, bax arıtıq oyundur,
Həyat bir gün şah, bir gün mat
4 sutka koma, süni nəfəs, aparat
Təyinatım psixiopat, mənə müxtəlif preaparat
Sonra sən gəldin, sonra sən getdin
Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim
Yazardıq melodramalar yanımda qalsaydın
yazardıq melodramalar sən olsaydın
Sən olsaydın,
Nə bu yazılar olardı,
Nə də ki, hər gecə gördüyüm ulduzlar olardı
Nə kabuslar olardı,
Həyatım olardı bumbuz
Olmazdı kabus
Həyatımda səndən başqa
 
(Nəqarat)
Həyatım, o günlərə yenə qayıtdım
Səni tapa bilmədim, amma
Ürəyimdən silmədim heç bir zaman adını (x2)
 
German

 

Login or register to post translation
Translations of "Sən Olsaydın"
Comments