Advertisement

Please translate Unutdun

Azerbaijani

Unutdun

Bənd 1

Taleyimdən çıxıb gedəndən bəri,
Sildin yaddaşından xatirələri.
Dəfn etdin bu eşqi, sən diri-diri,
Unutdun məni...

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahuzar.
Ürək əzablardan, olubdur bezar,
Qələm gözyaşıyla bircə söz yazar.

Nəqarət

Unutdun..
Bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun..
Qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun,
Unutdun məni...

Unutdun..
Mənli xatirələr solub saraldı,
Unutdun..
Qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun,
Unutdun məni...

Bənd 2

Od olan qəlbini, buza dəyişdin,
Son payız ömrünü yaza dəyişdin.
Müqəddəs andını sözə dəyişdin,
Unutdun məni..

Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər də edir ahuzar.
Ürək əzablardan, olubdur bezar,
Qələm gözyaşıyla bircə söz yazar.

Nəqarət

Unutdun..
Bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun..
Qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun,
Unutdun məni...

Unutdun..
Mənli xatirələr solub saraldı,
Unutdun..
Qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun,
Unutdun məni...

More translations of "Unutdun"
Comments