Russia is waging a disgraceful war on Ukraine.     Stand With Ukraine!

Shape of My Heart (Azerbaijani translation)

Azerbaijani translationAzerbaijani
/English
A A

Ürəyimin Forması

Versions: #1#2#3
O, meditasiya kimi kartları paylayır
və oynadıqlarından heç vaxt şübhə etmir
O, uduğu pullar üçün oynamır
O, hörmət üçün oynamır
 
O, cavab tapmaq üçün kartları paylayır
Şansın o müqqədəs geometriyası
Mümkün nəticənin o gizli qanunu
Rəqəmlər bir rəqsə yönəldir
 
Bilirəm ki, pik kartları əsgər qılınclarıdır
Blirəm ki, xaç kartları müharibə silahlarıdır
Bilirəm ki, kərpic kartları bu sənətdə pul deməkdir
Amma bu mənim ürəyimin forması deyil
 
O, kərpic valet oynaya bilər
O, xaç dama ata bilər
O, əlində karol gizlədə bilər
Amma bunun xatirəsi solub gedir
 
Bilirəm ki, pik kartları* əsgər qılınclarıdır
Blirəm ki, xaç kartları* müharibə silahlarıdır
Bilirəm ki, kərpic kartları* bu sənətdə pul deməkdir
Amma bu mənim ürəyimin forması deyil**
 
Bəs əgər desəm ki, səni sevmişdim
Yəqin, fikirləşərdin ki, yalnış nəsə var
Bir neçə üzlü bir kəs deyiləm
Geydiyim bir masqa var
 
O danışanlar heç nə bilmirlər
və özləri bahasına öyrənirlər
Bir çox yerlərdə öz bəxtlərinə söyənlər kimi
və qorxanlar azıblar
 
Bilirəm ki, pik kartları* əsgər qılınclarıdır
Blirəm ki, xaç kartları* müharibə silahlarıdır
Bilirəm ki, kərpic kartları* bu sənətdə pul deməkdir
Amma bu mənim ürəyimin forması deyil**
Bu mənim ürəyimin forması deyil
Bu mənim ürəyimin forması deyil
 
Thanks!
Submitted by EltenElten on 2022-10-01
Author's comments:

*Kartlrın tərcüməsi aşağıdakı saytdan götürülərək uyğunlaşdırılıb:
https://banker.az/kral-dama-valet/

** Burada "Ürəyimin forması" əlindəki ürək kartının digərinə bənzəməsi kimi təsvir edilə bilər.

İngiliscədəki mətinə şərhdə, kart adlarının çox qədim tarot kartlarına işarə vurduğu deyilib (https://az.wikipedia.org/wiki/Tarot). Belə ki, bu kartlarda kərpic kartı pul, xaç kartı silahlar, pik kartı qılınclar və ürək kartı eşq mənasını verir.

English
English
English

Shape of My Heart

Comments
Read about music throughout history