Advertisements

Zamiq - Sənsən

  • Artist: Zamiq (Zamiq Hüseynov)
Azerbaijani
A A

Sənsən

Ol həyatımda, hər zaman yanımda,
Sevgi hissləri ilə dolsun qəlbimiz.
Nəzər dəyməsin, gözə gəlməsin,
Bir ömür yaşasın bizim sevgimiz.
 
Sonsuz nəğmə deyir,
Sən nəğməmizin sözləri, (hey, hey, hey)
Əl-ələ verək,
Birgə keçirək xoş günləri (hey).
 
Nəqarat (x2):
 
Ömrümün qonağı sən,
Həyatım, dayağım sən.
Dilimin sorağı sən,
Sevincimin səbəbi,
Ürəyimin sahibi sən, sən.
 
Tanıyana qədər ömrüm olub hədər,
Necə mənasızmış həyat sevgisiz.
Sənə bağlandım, onda anladım,
Həyatımın adını.
Çünki sevgimiz
 
Sonsuz nəğmə deyir,
Sən nəğməmizin sözləri.
Əl-ələ verək,
Birgə keçirək xoş günləri, günləri.
 
Nəqarat (x2):
 
Ömrümün qonağı sən,
Həyatım, dayağım sən.
Dilimin sorağı sən,
Sevincimin səbəbi,
Ürəyimin sahibi sən, sən.
 
Ömrümün qonağı sən,
Həyatım, dayağım sən.
Ürəyimin sahibi sən...
 
Thanks!
Submitted by deyanet.aghayevdeyanet.aghayev on Wed, 14/04/2021 - 13:00
Added in reply to request by CesarQCesarQ

 

Comments
Read about music throughout history