Sting - Desert Rose (traducción al Azerí)

traducción al Azerí

Səhra qızılgülü

[Şeb Mami:]
1 Oh, gecəm, oh gecə, oh gecə
2 Elə uzun vaxt keçib ki
3 Sevdiyimi axtarandan bəri
4 Sevdiyimi axtarıram
5 Oh, sevdiyimi axtarıram
 
[Stinq:]
Yağış arzulayıram
Səhra qumunda bağlar arzulayıram.
Əbəs yerə oyanıram
Vaxt əllərimdən axdıqca sevgi arzulayıram.
 
Od arzulayıram
Bu arzular heç vaxt yorulmayacaq bir ata bağlıdır.
Alovlar içərisində
Qadının kölgələri kişinin istəyi formasında oynayır.
 
Bu səhra qızılgülü
Onun duvaqlarının hər biri, bir gizli söz verməkdir.
Bu səhra qızılgülü
Heç bir şirin ətir heç vaxt mənə bundan çox əzab verməyib.
 
Və o döndükcə
Bu yolla, o bütün arzularımın məntiqində hərəkət edir.
Bu od alovlanır
Dərk edirəm ki, heç nə göründüyü kimi deyil.
 
Yağış arzulayıram
Səhra qumunda bağlar arzulayıram.
Əbəs yerə oyanıram
Vaxt əllərimdən axdıqca sevgi arzulayıram.
 
Yağış arzulayıram
Nəzərimi yuxarıda boş səmaya zilləyirəm
Gözlərimi yumuram
Bu nadir ətir onun sevgisinin şirin zəhərlənməsidir.
 
[Şeb Mami:]
Aman, aman, aman
 
[Stinq:]
Yağış arzulayıram
Səhra qumunda bağlar arzulayıram.
Əbəs yerə oyanıram
Vaxt əllərimdən axdıqca sevgi arzulayıram.
 
Şirin səhra qızılgülü
Onun duvaqlarının hər biri, bir gizli söz verməkdir.
Bu səhra qızılgülü
Heç bir şirin ətir heç vaxt mənə bundan çox əzab verməyib.
 
Şirin səhra qızılgülü
Bu Ədən xatirəsi hamımızı təqib edir
Bu səhra qızılgülü
Bu nadir ətir payızın şirin zəhərlənməsidir.
 
[Şeb Mami:]
Oh gecəm, oh gecə.
 
Publicado por deyanet.aghayev el Sáb, 23/06/2018 - 21:22
Added in reply to request by Zarina01
Inglés

Desert Rose

Comentarios