Rusia lleva a cabo una guerra vergonzosa contra Ucrania.     ¡Defiende a Ucrania!
Cómo apoyar a Ucrania 🇺🇦 ❤️
  • Öldüm mən

Compartir
Tamaño de fuente
Original

Letra de Öldüm mən

Bənd 1
Ürəyim dərddə və möhləttə
Qalıb öz yarına həsrəttə
Üzünün nuruna həsrətkən
Məni qoydun yenə zülməttə
 
Gecələr sənsiz nə edim ey yar?
Sən söylə, sən söylə
Məni bu qaranlıqlara tapşırma
Rəhm eylə, rəhm eylə
 
Nəqarət
Yox bu qədər dərdə dözüm məndə
Öldüm mən, öldüm mən
Heç yoximiş zərrə vəfa səndə
Bildim mən bildim mən
 
Bənd 2
Yenə ruhum gecələr yatmaz
O səni tərk eləməz atmaz
Keçirəm hər dəfə yanından
Çox uzaqsan sənə əl çatmaz
 
Sən mənə göylər kimi lazımsan
Lazımsan, lazımsan
Axı mənim əl çatmayan arzumsan
Arzumsan, arzumsan
 
Nəqarət
Yox bu qədər dərdə dözüm məndə
Öldüm mən, öldüm mən
Heç yoximiş zərrə vəfa səndə
Bildim mən bildim mən
 
Bənd 3
Yola dikdim yenə gözlərimi
Yenə birgün gələcəksən sən
Oxu məktubdakı sözlərimi
Nədi dərdim biləcəksən sən
 
Dərdimi məktublara həkk etdim
Bildinmi, duydunmu?
Hər yazılan məktuba bir arzu
Saydınmı, saydınmı?
 
Nəqarət
Yox bu qədər dərdə dözüm məndə
Öldüm mən, öldüm mən
Heç yoximiş zərrə vəfa səndə
Bildim mən bildim mən
 

 

Comentarios