Everytime (traduction en azéri)

Advertisements
traduction en azéri

Hər dəfə

Mənə fikir ver, əlimdən tut,
Niyə bir birimizə yadıq
Əgər sevgimiz böyükdür?
Niyə mənsiz davam edəsən?
 
Hər dəfə uçmağa çalışanda, yerə düşürəm.
Qanadsız özümü o qədər kiçik hiss edirəm ki!
Yəqin ki, sənə ehtiyacım var, balam.
Və hər dəfə səni yuxularımda görəndə
Üzünü görürəm, məni təqib edirsən,
Yəqin ki sənə ehtiyacım var, balam.
 
Xəyal edirəm ki, buradasan
Yalnız bu cür nə etdiyimi
Aydın görürəm.
Sən isə rahat yaşamağa davam edirmişsən.
 
Hər dəfə uçmağa çalışanda, yerə düşürəm.
Qanadsız özümü o qədər kiçik hiss edirəm ki!
Yəqin ki, sənə ehtiyacım var, balam.
Və hər dəfə səni yuxularımda görəndə
Üzünü görürəm, məni təqib edirsən,
Yəqin ki sənə ehtiyacım var, balam.
 
Ola bilsin yağışa səbəb mən olmuşam,
Xahiş edirəm, məni bağışla.
Mənim iradəsizliyim sənə ağrı verdi.
Bu mahnı da mənim üzrxahlığımdır.
 
Gecələr dua edirəm ki,
Tezliklə üzün xəyalımdan silinsin.
 
Hər dəfə uçmağa çalışanda, yerə düşürəm.
Qanadsız özümü o qədər kiçik hiss edirəm ki!
Yəqin ki, sənə ehtiyacım var, balam.
Və hər dəfə səni yuxularımda görəndə
Üzünü görürəm, məni təqib edirsən,
Yəqin ki sənə ehtiyacım var, balam.
 
Publié par 322395062 le Jeu, 26/04/2018 - 00:56
Ajouté en réponse à la demande de Zarina01
anglais

Everytime

Commentaires