Publicité

Whatsername (traduction en azéri)

  • Artiste: Green Day
  • Chanson: Whatsername 6 traductions
  • Traductions: azéri, espagnol, français, grec, polonais, serbe
traduction en azériazéri
A A

Sənin adın nədir?

Küçənin aşağısında sənə doğru qaçdığımı zənn etdim
Sonra yalnız bir yuxu olduğu ortaya çıxdı
Bütün şəkilləri yandığımdan əmin oldum
O qaçdı getdi və mən də başqa yoldan getdim
Üzünü yada saldım amma adını xatırlamadım
İndi mən təəccüblənirəm sənin adın necə idi?
 
Bir iz olmadan yoxa çıxan kimi göründü.
O, heç evlənmədimi? Onun üzü necə idi?
Bütün şəkilləri yandığımdan əmin oldum
O qaçdı getdi və mən də başqa yoldan getdim
Üzünü yada saldim amma adını xatırlamadım
İndi mən təəccüblənirəm sənin adın necə idi?
 
Xatırla, nə idi?
Çox uzun zaman əvvəl imiş kimi görünür
Xatırla, nə idi?
Çox uzun zaman əvvəl imiş kimi görünür
Peşmançılıqlar faydasızdır
Mənin başımda.
O mənim başımdadır
Mən etiraf etməliyəm
Peşmançılıqlar faydasızdır
Mənin başımda.
O mənim başımdadır
Uzun müddətdir
 
(Go, Go, Go, Go..)
 
Qaranlıq gecədə
Mənim yaddaşım mənə düzgün xidmət etsə
Zamanı əsla geriyə ala bilməzdim
Səni unuduram amma vaxtı deyil
 
Publié par blassed.your.nameblassed.your.name le Sam, 06/01/2018 - 21:04
Commentaires de l’auteur·e :

Green Day qrupunun ‘American İdiot’ albomunda əsas xarakter olan Jimmy keçmişdə yaşayır köhnə qız dostu ilə olan yaxşı vaxtları xatırlayır. O, hələ də onu xoşlayır amma onu unutmağa cəhd edir. O qız dostunu unudur amma onunla keçirdiyi vaxtları unuda bilmir.
azlyrics

anglaisanglais

Whatsername

Commentaires
RadixIceRadixIce    Dim, 07/01/2018 - 07:43

Salam. Xahiş edirəm, mahnının adını da tərcümə edin və mahnın adının böyründə "Azerbaijani" yazmağa ehtiyac yoxdur, çünki onsuz tərcümənin dilini Azərbaycan dili olaraq seçibsiniz. Və əgər tərcüməni özünüz edibsizsə, mənbəyə link qoymağa ehtiyac yoxdur, mənbədəki linki də silin. Düzəltmək üçün tərcümənizin yuxarısında "Düzəliş et" ("Edit") düyməsi var, ona basın, düzəliş edə biləcəksiniz. Təşəkkürlər.

blassed.your.nameblassed.your.name    Dim, 07/01/2018 - 08:04

Mahnını doğma dilində daha çox tanıyırlar və belə də web-də axtardıqları üçün Mahnını “native language”-də olmağını daha praktiki olaraq tez tapılan bildim.Sizin bu saytda aktivliyinizi görürəm və təcrübəli bir user kimi tanıdığım üçün dedikləriniz önəmlidir və bunları tətbiq edəcəm.Sağlam məsləhətlərə görə çox sağolun.
Azlyrics.com saytı bildiyiniz kimi çox məşhur tərcümə deyil lyrics saytıdır.Ora baxıb tərcümə etdiyimdən qeyd etdim.
Bir də sizdə də comment yazma problem olur sayt ilə əlaqəli? Məndə iki dəfə düşdü birin sildim

RadixIceRadixIce    Dim, 07/01/2018 - 08:05

Ehtiyac yoxdur, axtarışa verəndə sayt özü "x song in y language" şəklində çıxarır. Problem deyil, ayrıca "Sayt Qaydaları"nı"TSS"ni nəzərdən keçirin.

RadixIceRadixIce    Dim, 07/01/2018 - 08:07
Цитата:

Azlyrics.com saytı bildiyiniz kimi çox məşhur tərcümə deyil lyrics saytıdır.Ora baxıb tərcümə etdiyimdən qeyd etdim.

Mənbəyə linki tərcüməni başqa saytdan kopylayaıb yenidən burda dərc etdirəndə qoyulur, onun üçün də narahat olmayın

Цитата:

Bir də sizdə də comment yazma problem olur sayt ilə əlaqəli? Məndə iki dəfə düşdü birin sildim

Xeyr olmur, yəqin sizin internetinizdəndir..

RadixIceRadixIce    Dim, 07/01/2018 - 08:09

Problem deyil. Nə probleminiz olsa soruşa bilərsiz və ya hansısa məsələdə köməyə ehtiyacınız olsa da soruşa bilərsiz.

blassed.your.nameblassed.your.name    Dim, 07/01/2018 - 08:17

"Sayt Qaydaları" və "TSS" i nəzərdən keçirdim.Təşəkkür edirəm