La Tortura (आज़रबाइजानी में अनुवाद)

Advertisements
आज़रबाइजानी में अनुवादआज़रबाइजानी
A A

İşgəncə

[Sanz:]
Hey əzizim, şerini saxla
Sevincini özünə saxla
 
[Shakira:]
Hər gün günəşli olsun istəmirəm
Hər cümə əyləncə olsun istəmirəm
Bağışlanmaq üçün yalvararaq geri dönməyini də istəmirəm
Əgər quru gözlərlə onun üçün ağlayırsansa və onun haqqında danışırsansa
 
Ah sevgilim bu çox ağrıdır
 
[Sanz:]
Bu çox ağrıdır
 
[Shakira:]
Haraya getdiyini demədən getməyin
Ah sevgilim bir işgəncə idi...
Səni itirmək
 
[Sanz:]
Bilirəm, müqəddəs bir insan olmadım
Amma bunu həll edə bilərəm, sevgilim
 
[Shakira:]
İnsan sadəcə çörəklə yaşamır
Və mən də bəhanələrlə yaşamıram
 
[Sanz:]
Sadəcə səhvlərimizdən öyrənirik
Və bu gün bilirəm ki, qəlbim sənindir
 
[Shakira:]
Yaxşı olar ki hamısını özünə saxlayasan
Bu sümüyü başqa bir it üçün götür və indi əlvida deyək
 
Qışdan bir qızılgül kolunu bağışlamağını istəyə bilmərəm
Qarağacdan armud verməyini istəyə bilmərəm
Adi bir fanidən sonsuzluğu istəyə bilmərəm
Və donuzlara minlərlə incilər ataraq getməyini də
 
[Sanz:]
Ah sevgilim bu çox ağrıdır, bu çox ağrıdır
Artıq mənim sözlərimə inanmamağın
 
[Shakira:]
Ah sevgilim
 
[Sanz:]
Bir işgəncədir
 
[Shakira:]
Səni itirmək
 
[Sanz:]
Bilirəm, müqəddəs bir insan olmadım
Amma bunu həll edə bilərəm, sevgilim
 
[Shakira:]
İnsan sadəcə çörəklə yaşamır
Və mən də bəhanələrlə yaşamıram
 
[Sanz:]
Sadəcə səhvlərimizdən öyrənirik
Və bu gün bilirəm ki, qəlbim sənindir
 
[Shakira:]
Yaxşı olar ki hamısını özünə saxlayasan
Bu sümüyü başqa bir it üçün götür və indi əlvida deyək
 
[Sanz:]
Getmə, getmə
Qulaq as əzizim, qəzəblənmə
Bazar ertəsindən cüməyə qədər sevgim sənindir
Şənbəni yaxşı olar ki mənə verəsən
Qulaq as əzizim artıq məni cəzalandırma
Çünki sənsiz dinclik tapmıram
Mən sadəcə peşman bir adamam
Yuvasına geri dönən quşam
 
Bilirəm, müqəddəs bir insan olmadım
Amma bunu həll edə bilərəm, sevgilim
 
[Shakira:]
İnsan sadəcə çörəklə yaşamır
Və mən də bəhanələrlə yaşamıram
 
[Sanz:]
Sadəcə səhvlərimizdən öyrənirik
Və bu gün bilirəm ki, qəlbim sənindir
 
[Shakira:]
AAaaay... AAaaay... AAaaay... Ay Ay
Sənin üçün etdiyim hər şey
Səni itirmək bir işgəncə idi
Belə olmağı məni çox incidir
 
Üzr istəməyə davam et
Mən artıq ağlamayacağam... sənin üçün
 
f.a.f.a. द्वारा सोम, 17/04/2017 - 15:50 को जमा किया गया
स्पैनिशस्पैनिश

La Tortura

कमेन्ट