Advertisements

कृपया "qedrimi bilmedi" का अनुवाद करने में सहायता करें

आज़रबाइजानी
A A

qedrimi bilmedi

Dost dediyim adama kürəyimi verdim
Arzumu verdim, diləyimi verdim
Bir qızı sevdim ürəyimi verdim
Qədrimi bilmədi bilmədi bilmədi (2x)
 
Dərd çəkdim mən lap az yaşımdan
Nə qədər bəlalar ötdü başımdan
Ağlım o qızı sildi yaddaşımnan
Ürəyim silmədi silmədi silmədi (2x)
 
Adıva yaşıyasan layiq həyatda
Canana olasan sadiq həyatda
Hər kim ki oldu aşiq həyatda
Bir ömür sürmədi sürmədi sürmədi (2x)
 
Var dövlətimi yeyən dostlarım
Qədrimi bir çox istiyən dostlarım
Sənin üçün ölərəm deyən dostlarım
Heç biri ölmədi ölmədi ölmədi (2x)
 
Hər bir dərdinə gəldiyim insan
Həm ağladığım həm güldüyüm insan
Süfrədə çörəyimi böldüyüm insan
Dərdimi bölmədi bölmədi bölmədi (2x)
 
Hərdən ağlım baxmaz sözümə
Yalnış əməllər qatmam düzümə
Bu qara taleyim bir dəfə üzümə
Axı niyə gülmədi gülmədi gülmədi (2x)
 
"qedrimi bilmedi" के अन्य अनुवाद
कमेन्ट